BBM CHANNELS ƏLAVƏSİ

Ailə və dost çevrənizin xaricində şəbəkənizi genişləndirən və sizi maraq dairənizdəki insan, cəmiyyət və ticarət nişanı ilə birləşdirən BBM çərçivəsində sosial şəbəkə xidməti olan BBM Channels-ə xoş gəlmisiniz. BlackBerry platformasında BBM-dən istifadə edirsinizsə, Sizin BlackBerry Həllinizi formalaşdıran və artıq mənsub olduğunuz proqram təminatı və xidmətlər üzrə BlackBerry Həllinin Lisenziya Razılaşdırmasının ("BBSHLR") qayda və şərtlərində müəyyən edilən qaydada BBM və BBM Channels BlackBerry Həllinizin bir hissəsi olacaq. Qeyri-BlackBerry platformasında BBM-dən istifadə edirsinizsə, Sizin BlackBerry Həllinizdən istifadə üzrə və artıq mənsub olduğunuz BBM-dən İstifadə Qaydalarının ("BBM İQ") qayda və şərtləri ilə tənzimlənən BBM və BBM Channels sizin BBM Solution bir hissəsidir. Sözügedən Əlavədə istinad edildikdə BBSHLR və BBM İQ "BBM Razılaşması" termini ilə ifadə ediləcək. BBM Channels-dən BBM Channels veb-portal vasitəsilə istifadə etmək üçün qeydiyyatdan keçirsinizsə "BBM Razılaşması" dedikdə BBM İQ nəzərdə tutulur. Yurisdikdiyanız üzrə tətbiq olunan BBM Razılaşmasının surəti sizdə yoxdursa www.blackberry.com/legal veb-ına müraciət edin..

Burada BBM Razılaşması BBM Channels-ə tətbiq edildikdə bu sizin BlackBerry və ya BBM Həllinizin bir hissəsini formalaşdırır, habelə bu Əlavə sizin BBM Channels xidmətindən istifadənizlə əlaqəli əlavə qayda və şərtləri əks etdirir. Sözügedən Əlavə ilə tamamlanmış və düzəlişlər edilmiş BBM Razılaşması "BBM Channels Şərtləri" adlandırılacaq. BBM Razılaşması və bu BBM Channels Əlavəsi arasında uyğunsuzluq olarsa BBM Channels Əlavəsinə üstünlük veriləcəkdir.

BBM CHANNELS ŞƏRTLƏRİ HƏR İKİ TƏRƏF ARASINDA MƏCBURİDİR: SIZ FƏRDI OLARAQ ONUNLA RAZILAŞDIQDA; SIZ BBM CHANNELS-DAN ŞIRKƏTINIZ VƏ YA DIGƏR QURUM ADINDAN İSTİFADƏ HUQUQUNA MALIKSINIZSƏ, SOZUGEDƏN BBM CHANNELS ƏLAVƏSINDƏ AŞAĞIDA DEYILƏNLƏRLƏ 'RAZIYAM' DUYMƏSINI BASMAQLA ADINDAN CIXIŞ ETDIYINIZ QURUM (ISTƏNILƏN HALDA, "SİZ" VƏ YA "SİZİN" MƏNASINI VERMƏKLƏ UYĞUNLAŞDIRILIR) VƏ BLACKBERRY HÜQUQİ ŞƏXSİ ("BİZƏ" və ya "BİZ") ARASINDA BBM RAZILAŞMASI. BBM CHANNELS ŞƏRTLƏRİ İLƏ RAZI DEYİLSİNİZSƏ BBM CHANNELS XİDMƏTİNDƏN İSTİFADƏ EDƏ BİLMƏRSİNİZ. Bu BBM Channels Əlavəsində böyük hərflərlə yazılmış şərtlər cari BBM Channels Əlavəsində izah edilmədikdə BBM Razılaşmasındakı mənaya malikdir.

1. BBM CHANNEL-in YARADILMASI.

1.1 BBM Channels Şərtlərinə riayət etməklə, siz səlahiyyətli nümayəndə qismində ticarət nişanı, təşkilat, hadisə və ya fərdi təmsil etmək üçün xüsusi BBM Channel ("Kanal") yaratmaq və onu idarə etmək məqsədilə BBM Channels-dan istifadə edə bilərsiniz. BBM CHANNEL YARATMAQLA BU TİCARƏT NİŞANI, TƏŞKİLAT, HADİSƏ VƏ YA FƏRDİN ADINDAN KANALIN YARADILMASI VƏ İDARƏ EDİLMƏSİ ÜÇÜN SƏLAHİYYƏTİNİZİN OLMASINA TƏMİNAT VERİRSİNİZ.

1.2 Siz həmçinin ticarət nişanı, təşkilat, hadisə və ya fərdə marağınızı bölüşmək üçün Kanal yarada bilərsiniz, lakin: (i) Sizin Kanalın belə ticarət nişanı, təşkilat, hadisə və ya fərd tərəfindən yaradıldığını iddia etmək olmaz; (ii) Sizin Kanalın belə ticarət nişanı, təşkilat, hadisə və ya fərd tərəfindən bəyənildiyi və ya təsdiq edildiyini iddia etmək olmaz; (iii) başqalarını yanıltmaq, çaşdırmaq və ya aldatmaq olmaz; və (iv) ticarət nişanı, müəllif hüquqları və yayınlama icazəsi daxil olmaqla bu ticarət nişanı, təşkilat, hadisə və ya fərdin hüquqlarını pozmaq və ya tapdalamaq olmaz.

1.3 Kanal üzrə qeydiyyatdan keçdikdə adınız, əlaqə nömrəniz, Kanalınızın adı və digər profil məlumatları doğru olmalı, yalnış anlaşılmamalı və məğzini dəqiq şəkildə əks etdirməlidir. Kanalınızın adı ümumi isim deyil (məsələn, ərzaq, maşın), xüsusi isim olmalıdır.

1.4 Ziyanvericilik və ya həqarət məqsədləri ilə Kanal yaratmaq olmaz. Yuxarıda deyilənləri məhdudlaşdırmamaqla, belə Kanallardan istifadənin qarşısını almaq, Kanalların və Kanal adlarının satılması üçün bir və ya bir neçə Kanal açmaq olmaz, əks təqdirdə bu qanunsuz 'özəlləşdirmə' adlandırılacaq. Biz BBM Channels Şərtləri, BBM Channels-ə dair digər qaydalara müvafiq olmayan, eləcə də istifadə edilməyən Kanalları pozmaq və ya fəaliyyətini dayandırmaq hüququna malikik. Həmçinin, bizim qanunsuz Kanallar, Kanal adları, Kanal kimlikləri və ya idarəetmə imkanlarını Kanalın hüquqi əsasda yaradılması və idarə edilməsini yoxlamaq üçün ticarət nişanı, təşkilat, hadisə və ya fərdin qanuni nümayəndəsinə göndərmək səlahiyyətimiz vardır.

1.5 Kanal üzrə qeydiyyatınız təsdiqləndikdə, Kanalda təmsil edilən ticarət nişanı, təşkilat, hadisə və ya fərdə müvafiq Tərkibi (BBM Razılaşmasına müvafiq olaraq) divara yaza və paylaşa bilərsiniz. Tərkibi Kanalda divara yazmaq və paylaşmaqla Tərkib üzrə sahiblik hüquqlarınızı Bizə və partnyorlarımıza bildirmirsiniz, belə ki, Məzmun üzrə lisenziya hüquqları BBM Razılaşmasında müəyyən edildiyi kimidir və Biz və partnyorlarımız bu Tərkibi BBM Channels xidmətinin Məzmun hissəsi edə bilər. Siz həmçinin bizə və partnyorlarımıza Kanalın adını, skinşotları, loqoları, təsvirləri və ticarət nişanlarını ("Nişanlar") məhdudlaşdırmadan BBM Channels-də mövcud olan və olacaq bütün mediada Sizin Tərkibinizdən qeyri-ekskluziv, müəllif hüquqları üçün pul ödəmədən, beynəlxalq lisenziya, habelə Kanal mövcud olduqca tətbiq olunan hüquqlarla istifadə etmək, yayınlama və nümayiş etdirmə hüququ verirsiniz. Lakin qabaqcadan səbəbsiz yayınma və qərarı yubatmaq şərtilə sizin razılığınız alınacaq. Biz sizə bildiririk və bununla razılaşırıq ki, Sizin Nişanınıza heç bir hüququmuz və ya maddi marağımız yoxdur (BBM Channels Şərtlərinin şərt və qaydalarına müvafiq olan hüquqlar istisna olmaqla) və bird aha bildiririk ki, belə Nişanla əlaqəli hüquq, ad və ya maraq sizing ixtiyarınızdadır. Yuxarıda deyilənləri məhdudlaşdırmamaqla BBM Channels-də Sizin Nişanlardan istifadə ilə əlaqədar sadalananlar bizim öhdəlikmizə daxil deyil: (i) Sizin tərəfinizdən qabaqcadan xüsusi olaraq təsdiqlənmədikdə və yuxarıda deyilənlər istisna olmaqla Nişanları və ya onlardan birini düzətmək; (ii) Nişanları və ya onlardan birini birləşdirmək və ya çoxçeşidli nişan yaratmaq; və ya (iii) Nişanda və ya nişanla əlaqəli sizin hüquqlarına xələl gətirəcək ixtiyari hərəkət.

1.6 Siz anlayıb və razılaşırsınız ki, Kanalınız BBM Channels-in bütün istifadəçiləri tərəfindən görünəcək (Kanalın qurulması zamanı şəxsi Kanal yaradılmasını seçdiyiniz hal istisna olmaqla) və Kanalınızda olan məzmun Kanalınıza abunə olan ("Abunəçilər") hər kəs tərəfindən görülüb nəzərdən keçirilə bilər.

1.7 Sizə Kanal yaratmaq imkanı verildikdə, Tərkib və Abunəçilərlə qarşılıqlı əlaqələriniz daxil olmaqla Kanalınızın idarə edilməsi və istifadəsi üçün yalnız siz məsuliyyət daşıyırsınız.

1.8 Təklifin detalları daxil edilən digər iveb-ına link və ya veb-ünvanın qoyulması daxil olmaqla Kanalınız vasitəsilə Abunəçiləriniz üçün təklif və ya vəsatət ("Təklif") hazırlamısınızsa, BBM Channels Şərtlərini məhdudlaşdırmadan aşağıdakılar tətbiq olunmalıdır:

(a) Siz yalnız satıcısı, qanuni nümayəndəsi və ya istehsalçısı olduğunuz məhsul və xidmətləri təklif edə bilərsiniz;
(b) Təklifinizin qüvvədə olan qanun, qayda və nizamnamələrə müvafiq olmasını təmin etməlisiniz;
(c) Məhdudiyyətlər və etibarlılıq tarixinin bitməsi daxil olmaqla Təklifinizə dair qayda və şərtləri dəqiq müəyyənləşdirməlisiniz;
d) Sizin Təklifinizlə əlaqədar sizinlə əməkdaşlıq etdiyimizi heç bir halda qeyd etməməlisiniz; bu istifadəçini BlackBerry World kimi adımızdan idarə edilən veb- və xidmətlərə istiqamətləndirərsə şərtlərin pozulması sayılmır;
(e) Təklifinizə görə yalnız özünüz məsuliyyət daşıyırsınız və razılaşırsınız ki, Bizim tərəfimizdən tələb edilərsə, Təklifinizlə əlaqəli şikayət və narazılıqlardan bizi müdafiə etməli, eləcə də Təklifinizlə bağlı yaranan itki, öhdəliklər və xərcləri kompensasiya etməlisiniz; və
(f) Təklifiniz nəticəsində yaranacaq yalnış ödəmələr, saxtakarlıq və digər hallar üzrə Biz məsuliyyət daşımırıq.

1.9 Birbaşa Abunəçiləriniz haqqında şəxsi məlumatlara girişiniz olduqda və ya bu məlumatlardan yararlandıqda, tətbiq edilən məxfilik və məlumatların mühafizəsi qanununa riayət etməli, habelə aşkar şəkildə Abunəçilərinizə məxfilik siyasətinizi bildirərək hansı məlumatlarından və hansı məqsədlə yaralandığınızı bəyan etməli, qanun və qaydalara müvafiq olaraq razılıqlarını əldə etməlisiniz.

2. KANALA QOŞULMA VƏ KOMMENTARILƏRINIZIN GÖNDƏRILMƏSI.

2.1 Kanalın izləyicisi olduğunuz təqdirdə siz təsdiqləyir və razılaşırsız k:

(a) Kanalın sahibi BBM daxilində sizə məzmun, təkliflər, elanlar və ya BBM saxilində dgər əlaqələr haqqında məlumat göndərə bilər. Zəhmət olmasa, Kanal sahibindən bu tip əlaqələrin alınması və siz bu əlaqələri daha almaq istəmirsizsə Kanalın ozləticisi olmaqdan necə imtina etmək ilə bağlı müvafiq nəzarət məqsədilə Kanal üçün münasib parameter və varinatlara nəzər yetirin;
(b) Kanal sahibinin sizin haqqınızdakı ekran adınız və şəkliniz kimi cari məlumatlara çıxışı olacaq və Kanal sahibinə təchiz edilən istənilən şəxsi məlumat Kanal sahibinin təsdiq edilmiş təhlükəsizlik siyasətininə əsasən fəaliyyət göstərəcək;
(c) Kanalın administratoru tərəfindən icazə veriləsə, Siz rəy bildirə bilər, Kanalında ("Kommentarilər") paylaşımı və ya rəyi təsdiqlədiyinizi göstərə və yaxud Kanalın administrator ilə yazışa ilərsiz. Sizin rəyləriniz və yazışmalarınız Kanalın formatından kənara çıxmamalı və www.blackberry.com/legal/communitystandards veb-ında göstərilən BlackBerry Onlayn Cəmiyyət Standartlarına uyğun olmalıdır;
(d) BBM Channels xidmətləri daxilində həyata keçirdiyiniz rəy və ya paylaşımın təsdiqlədiyinizi bildirən rəyləriniz və ya hansısa seçimləriniz ictimaiyyətə açıq olacaq və Kanalın digər izləyiciləri, habelə Kanala və onun məzmunlarına başqa yolla baxa bilənlərə (məs. Kanal administratorları) də görsənəcək, BBM kontaları daxilində kimsə paylaşa və Kanalın administratoru tərəfindən silinə biləcək. Bu səbəbdən biz sizə ciddi şəkildə tövsiyyə edirik ki, öz rəylərinizdə və ya Kanal sahibi ilə yazışmalarınzda şəxsiyyəti müyyən edən məlumatları daxil etməyəsiz; və
(e) Sizin BBM ekran adınız və şəkliniz Kanala etdiyiniz hər bir rəy və ya paylaşım zamanı nümayiş olunacaqdır. Bundan əlavə sizin izləyicisi olduğunuz Kanallar sizin BBM kontaklarınız və BBM kontaktına dəvət ediyiniz şəxslər də daxil olmaqla Sizin BBM profilinizi görən insanlar tərəfindən də görsənəcək. Siz və sizing BBM kontaklarınızıın izlədiyi Kanallara və BBM profiliniz və BlackBerry İD loginiz ilə bağlı digər məlumatlara əsaslanan sizi maraqlandıra biləcək Kanallar tövsiyələrini hazırlaya bilərik və Sizin Kanalın izləyicisi olduğunuza dair sizing BBm kontakltlarınıza göndərilən Kanala izləyici dəvətlərini bildirə bilərik. Siz BBM profilinizdə görsənməyini istəmədiyiniz Kanalın izləyicisi olmaqdan çıxa bilərsiz.

3. İSTIFADƏYƏ DAIR DIGƏR ƏLAVƏ QAYDALAR. Bundan əlavə Sizin artıq üzv olduğunuz BBM Razılaşmasında heç nəyi məhdudlaşdırmadan Siz aşağıdakıları ilə razılaşırsız:

3.1 Siz Kanalda paylaşdığınız və ya təqdim etdiyiniz Məzmun və Rəylərə görə tamamilə cavabdehlik daşıyırsız. Biz Məzmun və Rəylərə nəzarət etmirik və Biz dəqiqlik, bütövlük və keyfiyyətə görə zəmanət vermirik və bu cür Məzmun və Rəylərə görə öhdəlik daşımırıq. Sizin tərəfinizdən Məzmun və Rəylədən istifadə və ya onlara etibarınız sizin riskiniz sayılır.

3.2 Siz, Kanala məzmun və rəy paylaşımı da daxil olmaqla BBM Channels istifadə ilə əlaqədar bütün müvafiq qanun və tənzimləmələrə (müvafiq sahədə istehsalçı təlimatlarına) uyğun cavabdehlik daşıyırsız və Rəqəmsal Millennium Müəllif Hüquqları Aktına müvafiq olaraq münasibdirsə siz Kanalınızdan qaydalara müvafiq olmayan məzmunu silmək üçün aldığınız sərəncam üzrə cavabdehlik daşıyırsız. Sonrakı hadisələri məhdudlaşdırmadan Kanalda paylaşdığınız məzmunlar www.blackberry.com/legal/bbmcontentguidelinesveb-ında tapa biləcəyiniz BBM Channels Məzmun Təlimatlarına müvafiq olmalıdır;

3.3 Siz qoşa paylaşımlar, və ya çoxlu oxşar paylaşımlar, Kanalın paylaşımının altında sizin rəyləriniz görsənən lakin Kanalın paylaşımı ilə əlaqəsi olmayan rəylərin paylaşımı da daxil olmaqla siz istifadəçi və ya Kanala "spam" edə bilməzsiz;

3.4 Sizdən əldə etdiyimiz yaşınız və yeriniz daxil olmayaraq cari Kanal və ya Məzmuna daxil olmaq üçün biz sizin qəbulunuzu məhdudlaşdıra biləcəyimiz və bu məlumatlardan Sizin profilinizə və ya mühakimənizə uyğun və yaxud sizin maraqlarınıza aid məzmunla təchiz etmək üçün istifadə oluna biləcəyi ilə razılaşırsız;

3.5 Bizim və nəzarətçilərimizin baxış açısından istənilən səbəbdən hər hansı Məzmun və ya Rəyi əvvəlcədən nəzərdən keçirmək, imtina etmək və ya silmək hüququ (öhdəliyi yox) var;

3.6 Bu BBM Channels Əlavəsi www.blackberry.com/legal/privacy.shtml veb-ında tapacağınız Təhlükəsizlik Siyasətimizə istinad və əlavələrdən ibarətdir. Təhlükəsizlik Siyasəti və BBM Channels Əlavəsi arasında konflikt olarsa BBM Channels Əlavəsi belə bir konfliktin böyüməməsi üçün üstünlüyə malikdir. Əvvəlki ümumiliyi məhdudlaşdırmadan, siz razılaşırsız ki:

(a) Əgər siz BBM Channels üçün yerləşmə funksionallığını aktiv etmisizsə, GPS (müvafiq yerlərdə), qəbuledici qüllə və Wi-Fi/WLAN qaynar nöqtələrinin məlumalarından istifadə edərək sizin qurğunuzun yeri mütəmadi olaraq (sizin qurğuda BB açıq olmadığı hallarda daxil olmaqla hər 15 dəqiqədən bir) qurğunuzda köklənəcək və göstəriləcəkdir. Bəzi hallarda, sizi daha münasib reklam və ya Kanal məzmunları, habelə qurğunuzun cari yerləşməsinə əsasən geo-sərhəd funksionallığından yaralanaraq vaxt fərqi və ya yerləşməyə ilə bağlı təklifləri təmin etmək məqsədilə BBM və ya BlackBerry İD profiliniz ilə məlumatları əlaqələndirə bilməyimiz üçün gün ərzində qurğunuz yerini dəyişdikdə bu tip məlumatlar BlackBerry xidmətlərinə göndəriləcək.

(b) Biz Kanal sahibləri kimi digər mənbələrdən və ya Us-dən sizi maraqlandıra biləcək Kanallar, məzmun və xidmətləri sizə təmin etmək, sizinlə əlaqələndirmək və hazırlamaq məqsədilə seçimlərinizi və maraqlarınızı əvvəlcədən görmək və anlamaq üçün Sizin Kanalın izləyiciləri və fəaliyyəti, Sizin BBM profil və BlackBerry ID ilə əlaqəli məlumatları, və sizin yeriniz haqqında məlumatlar da daxil olmaqla BBM Channel istifadəniz nəticəsində toplanmış məlumatlardan istifadə edə bilərik. Biz həmçinin sizin təcrübələrinizi fərdiləşdirmək, sizə başqa məhsul və xidmətlər təklif etmək, və sizin profiliniz əsasən BBM daxilində daha reklamlı məzmun vasitəsilə təmin etmək üçün bu məlumatları digər BlackBerry Solution məhsul və xidmətlərindən istifadə etməyiniz haqqında məlumatlar (məsələn, BlackBerry World və ya göstərilən fəaliyyət və axtarışdan əldə edilmiş məlumat) kimi digər məlumatlar ilə birləşdirə bilərik. Bura Us-dən BBM Channel istifadəçilərinə və ya sizin demoqrafik profil və maraqlarınıza uyğun gələn hədəf kütləyə mesaj göndərişini tələb edən Kanal sahibi tərəfindən BBM daxilində sizə izləyici dəvəti, mesaj və paylaşımların göndərilməsi daxildir. Halbuki, Siz bu işin (məsələn, siz Kanala yazılırsızsa, bu Əlavənin 2.1(b) bölməsinə müvafiq olaraq) görülməsi üçün Us-ə icazə vermədiyiniz təqdirdə biz Kanal sahiblərini şəxsiyyəti müəyyən edən məlumatlar ilə təmin etməyəcəyik. Kanal izləyicisindən çıxmaq və ya gələcəkdə xüsusi Kanaldan gələn könüllü dəvət və mesajların alınmasını bağlamaq ilə əlaqəli mövcud nəzarət işləri üzrə BBM Menyu tənzimləmələrinə baxmanız xahiş olunur.