BBM XİDMƏT QAYDALARI

XİDMƏTDƏN İSTİFADƏ ETMƏZDƏN VƏ YA XİDMƏTDƏN İSTİFADƏNİ MÜMKÜN EDƏN BBM PROQRAMINI QURAŞDIRMAZDAN VƏ YA İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL BU SƏNƏDI DİQQƏTLƏ OXUYUN. BU MÜQAVİLƏ BLACKBERRY-NİN SİZƏ OLAN ÖHDƏLİYİNİ MƏHDUDLAŞDIRAN VƏ YA İSTİSNA EDƏN VƏ DOLAYISI İLƏ SİZİN QANUNİ HÜQUQLARINIZA TƏSİR EDƏN MÜDDƏALARI EHTİVA EDİR. BU MÜQAVİLƏ SİZİN ÖLKƏDƏ TƏTBİQ OLUNAN QANUNLA MÜƏYYƏN EDİLMİŞ HÜQUQLARINIZA TƏSİR ETMİR, SİZİN QANUNLA MÜƏYYƏN EDİLMİŞ BELƏ HÜQUQLARA MALİK OLMAĞINIZ ŞƏRTİLƏ.

Bu BBM Xidmət Qaydaları ("Müqavilə") sizin aranızda olan hüquqi müqaviləni əks etdirir: əgər Siz fərdi olaraq buna öz iradənizlə razı olursunuzsa; və ya əgər Sizə şirkətinizin və ya digər qurumun adından BBM Solution-a (aşağıda müəyyən edildiyi kimi) daxil olmaq və ya ondan istifadə etmək səlahiyyəti verilibsə, xeyrinə fəaliyyət göstərdiyiniz qurum (istənilən halda, "Siz") və qeydiyyatdan keçmiş ofisi 200 Bath Road, Slough, Berkshire, United Kingdom SL13XE ünvanında yerləşən BlackBerry UK Limited, Şirkət № 4022422 ("BlackBerry") (birlikdə "Tərəflər" və ayrılıqda "Tərəf") arasında.

"RAZIYAM" DÜYMƏSİNƏBASMAQLA VƏ YA BBM SOLUTION-U VƏ YA ONUN HƏR HANSI BÖLMƏSİNİ AKTİVLƏŞDİRMƏKLƏ VƏ YA ISTIFADƏ ETMƏKLƏ, SİZ BU MÜQAVİLƏNİN QAYDALARINA VƏ ŞƏRTLƏRİNƏ RİAYƏT ETMƏYƏ RAZILIĞINIZI BİLDİRİRSİNİZ. ƏGƏR SİZİN BU MÜQAVİLƏNİN QAYDALARI BARƏDƏ HƏR HANSI SUALLARINIZ VƏ YA NARAHATLIQLARINIZ VARSA, ZƏHMƏT OLMASA, LEGALINFO@blackberry.COM VASİTƏSİLƏ BLACKBERRY İLƏ ƏLAQƏ YARADIN.

ƏGƏR SİZ BBM SOLUTION-UN HƏR HANSI BÖLMƏSİNİ AKTİVLƏŞDİRMƏNİN VƏ YA ISTIFADƏ ETMƏNİN İLK HALINDAN ÖNCƏBU XİDMƏT QAYDALARI İLƏ RAZILAŞMAMAQ QƏRARI VERİRSİNİZSƏ, SİZİN BBM SOLUTION-U İSTİFADƏ ETMƏK HÜQUQUNUZ YOXDUR VƏ BU ANDA SIZ: (A) DƏRHAL HƏR HANSI PROQRAM TƏMINATINI (AŞAĞIDA MÜƏYYƏN EDİLDİYİ KİMİ) POZMALISINIZ VƏ YA SİLMƏLİSİNİZ; VƏ (B) ƏGƏR SİZ BBM SOLUTION-UN İSTİFADƏSİ ÜÇÜN ÖDƏNİŞ ETMİSİNİZSƏ, QÜVVƏDƏ OLAN QEDİYYATDAN KEÇMİŞ SATICIDAN VƏ YA ÖDƏNIŞ SİSTEMİNDƏN ONLARIN QÜVVƏDƏ OLAN GERİ ÖDƏMƏ SİYASƏTİNƏ MÜVAFİQ OLARAQ GERİ ÖDƏMƏ İSTƏYİN.

BLACKBERRY-NİN GIZLİLİK VƏ MƏLUMATIN QORUNMASI QAYDALARINA BU MÜQAVİLƏNİN 19 VƏ 20 BÖLMƏLƏRİNDƏ BAXIN.

ƏGƏR SİZ RUMINİYA SAKİNİSİNİZSƏ, RUMINİYANIN 12 DEKABR 2001-Cİ İL TARİXİLİ 790 SAYLI RƏSMİ QƏZETİNDƏ DƏRC OLUNMUŞ ŞƏXSI MƏLUMATIN EMALI VƏ HƏRƏKƏTI HAQQINDA 677/2001 SAYLI QANUNU İLƏ SİZ MÜƏYYƏN HÜQUQLARA MALİKSİNİZ.

1. Anlayışlar. Kontekst başqa cür tələb etmirsə, aşağıdakı qaydalar aşağıda göstərilən mənaları ifadə edir (kontekstqəbul edərsə, tək haldacəm hal nəzərdə tutulacaq və əksinə).

"Airtime Xidməti" - Sizin BBM Solution ilə birlikdə istifadə edilmək üçün Sizin Airtime Xidməti Provayderi(ləri) tərəfindən təqdim edilən geniş sahəli kabelsiz şəbəkə xidmətləri, digər şəbəkə xidmətləri (o cümlədən, kabelsiz yerli şəbəkə, peyk və Internet xidmətləri) və hər hansı digər xidmətlər deməkdir.

"Airtime Xidməti Provayderi" - Airtime Xidmətlərini təqdim edən qürum deməkdir.

"BBM Solution" - qüvvədə olan Sənədləşmə ilə yanaşı, Xidmətlərdən və Proqram təminatından ibarət olan BBM ani mesajlaşma həlli deməkdir (həmçinin BlackBerry Messenger kimi tanınan)..

"BlackBerry ID" - BlackBerry ID daxil olmaq etimadnaməsini dəstəkləyən Sizin BBM Solution və digər məhsullara və xidmətlərə daxil olmaq üçün tərəfinizdən istifadə edilən daxil olmaq etimadnaməsi deməkdir.

"Məzmun" - hər hansı məlumat, mətn, musiqi, səs, zəng melodiyası, fotoşəkil, qrafik, video, mesaj, etiket və ya digər rəqəmsal material və ya digər rəqəmsal Məlumat deməkdir.

"Sənədləşmə" - BlackBerry tərəfindən BBM Solution üçün hazırlanmış və təmin edilmiş qüvvədə olan standart son istifadəçi sənədləşməsi, o cümlədən hər hansı davranış qaydaları, təlimatlar və ya istifadə qaydaları deməkdir. Müəyyənlik üçün Sənədləşməyə BlackBerry-dən fərqli hər hansı şəxs tərəfindən hazırlanmış hər hansı son istifadəçi sənədləşməsi və ya BlackBerry-dən fərqli hər hansı şəxs tərəfindən sənədləşməyə edilmiş hər hansı dəyişikliklər daxil deyil.

"Cihaz" - BlackBerry tərəfindən işləmək üçün hazırlanmış və icazə verilmiş və Sizə məxsus olan və ya Sizin nəzarət etdiyiniz Proqram təminatına və ya onun hər hansı bölməsinə malik olan smartfon və ya planşet kimi hər hansı cihaz deməkdir.

"Ödənişli Xidmətlər" – onu almaq məqsədilə Sizin qeydiyyatdan keçməli və BlackBerry-yə və ya qüvvədə olan qeydiyyatdan keçmiş satıcıya ("MoR"- merchant-of-record) və ya ödəniş sisteminə haqq ödəməli olduğunuz Xidmətlər deməkdir.

"Xidmət(lər)" - bir-bir və qrup şəklində mətn mesajlaşması, video və səsli zəng xidmətləri (nə vaxt və harada mövcud edilib) və BlackBerry ID xidməti daxil olmaqla Sizə BlackBerry və ya BlackBerry filialı tərəfindən və ya onun adından BBM Solution-un bir hissəsi kimi istifadəüçün , xidmətlər deməkdir, lakin faktdır ki, BlackBerry-nin alt-markalı Üçüncü Tərəf Xidməti özlüyündə onu Xidmət etmir.

"Proqram təminatı" -xhər hansı formada, orta səviyyədə təqdim edilən və ya sonradan quraşdırılmış və ya istifadə edilən (proqram təminatını, faylları, sənədləşməni, interfeysləri və Məzmunu, hər halda texniki sayılan proqram təminatı məcəlləsi; və Üçüncü Tərəf Komponentlərini ehtiva edə bilən) xidmətlərə daxil olmağı təmin edən BBM müştəri proqramı və bu Müqaviləyə əsasən BlackBerry tərəfindən Sizə təqdim edilən hər hansı digər proqram təminatı, deməkdir. "Proqram təminatı" termini hər hansı Üçüncü Tərəf Proqram təminatı və ya Üçüncü Tərəf Ünsürlərini ehtiva etmir, hər halda Üçüncü Tərəf Proqram təminatı və ya Üçüncü Tərəf Ünsürü BlackBerry tərəfindən və ya BlackBerry adından paylanmışdır və ya Üçüncü Tərəf Proqram təminatı və ya Üçüncü Tərəf Ünsürü müşayiətçiləri BBM Solution tətəfindən təqdim edilib və ya onunla əlaqəli olaraq çalışır.

"Üçüncü Tərəf Komponentləri" - Proqram təminatına daxil etmək üçün BlackBerry-nin üçüncü tərəfdən lisenziya aldığı və o Proqram təminatının tərkib hissəsi kimi BlackBerry markası altında payladığı, lakin Üçüncü Tərəf Proqram təminatına daxil etmədiyi proqram təminatı və interfeyslər deməkdir.

"Üçüncü Tərəf Məzmunu" - Üçüncü tərəfin mülkiyyəti olan məzmun deməkdir.

"Üçüncü Tərəf Ünsürləri" - Üçüncü Tərəf Məzmunu və Üçüncü Tərəf Məhsulları deməkdir.

"Üçüncü Tərəf Məhsulları" - BlackBerry məhsulları olmayan Cihazlar və Üçüncü Tərəf Proqram təminatı və hər hansı digər ticarət məhsulları deməkdir.

"Üçüncü Tərəf Xidmətləri" - Airtime Xidmətləri daxil olmaqla üçüncü tərəf, üçüncü tərəf MoR və ya ödəniş sistemi və BlackBerry tərəfindən işlədilməyən hər hansı veb səhifə tərəfindən təmin olunan xidmətlər deməkdir.

"Üçüncü Tərəf Proqram təminatı" - BBM Solution ilə, onun üzərindən və ya vasitəsilə təqdim edilmiş və ya başqa cür mövcud edilmiş üçüncü tərəf mülkiyyəti olan sərbəst proqram təminatı deməkdir.

"Sizin Məzmun" - Xidmət və ya Üçüncü Tərəf Xidmətinə Sizin təqdim etdiyiniz və ya başqa cür mövcud etdiyiniz hər hansı Məzmun deməkdir.

2. BBM Solution üçün İstifadə Qaydaları. Sizin BBM Solution-un istifadəsi ilə əlaqədar bütün fəaliyyətlər üçün Siz cavabdehsiniz və aşağıdakılara Siz zəmanət verəcəksiniz:

(a) Sizin BBM Solution və ya onun hər hansı bölməsi bu Müqaviləyə, bütün qüvvədə olan qanunlara və təlimatlara və qüvvədə olan Sənədləşməyə müvafiq olaraq istifadə edilir;
(b) Siz ya ən azı 13 yaşınızdasınız, ya həddi-buluğa çatmısınız, ya sərbəst kiçik yaşlısınız və ya hüquqi valideyn və ya qəyyumun razılığına maliksiniz və bu Müqaviləyə daxil olmağa tam qadir və səlahiyyətlisiniz. İstənilən halda, Siz təsdiqləyirsiniz ki, Sizin ən azı 13 yaşınız var, çünki BBM Solution və BlackBerry ID 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmur. Əgər Siz 13 yaşdan kiçiksinizsə, Sizə BBM Solution-dan istifadə etməyə və ya BlackBerry ID əldə etməyə icazə verilmir. Əgər Siz bu Müqaviləyə şirkət və ya digər qurum adından daxil olursunuzsa, Siz təmsil edir və zəmanət verirsiniz ki, Sizin bu Müqaviləyə belə bir şirkətin və ya digər qurumun adından daxil olmaq səlahiyyətiniz var;
(c) BlackBerry-yə və ya onun səlahiyyətli distribyutorlarına bu Müqaviləyə uyğun olaraq, o cümlədən, BBM Solution-dan istifadə etmək üçün qeydiyyatdan keçən zaman və ya Sizin BBM Solution-dan, o cümlədən BlackBerry ID-dən istifadə məqsədilə hesab əldə etmək üçün təqdim edilən hər hansı Məlumat doğru, dəqiq, cari və tamdır və BBM Solution-dan istifadə etdiyiniz və ya hesabı saxladığınız müddət ərzində belə bir Məlumatı doğru, dəqiq və tam saxlamaq üçün Siz onu yeniləyəcəksiniz;
(d) Bu vəzifədə olan münasib bir şəxs kimi belə məlumatları aldıqdan şəxsən və ya hər hansı Üçüncü Şəxsin Mənbəyi və ya hər hansı Üçüncü Şəxsin Xidmətləri vasitəsilə, BlackBerry-nin mülahizəsinə daxil olan hər hansı qaydada, münasib şəkildə hərəkət etməklə, hər hansı bir üçüncü şəxs, o cümlədən BlackBerry, yaxud mobil telefonla zənglərin edildiyi və ya qəbul edildiyi müddətdə Xidmətlər Göstərən hər hansı Təchizatçı tərəfindən istifadə edilən hər hansı kompyuter proqram təminatına, avadanlığa, sistemə, şəbəkəyə, Məzmuna və ya xidmətə maneçilik törətməklə, onları xarab etməklə və ya onlara mənfi təsir gösərməklə, yaxud başqa şəkildə BlackBerry-yə, yaxud onun tabe təşkilatlarına və ya filiallarına ("BlackBerry Şirkətlər Qrupu"), mobil telefonla zənglərin edildiyi və ya qəbul edildiyi müddətdə Xidmətlər Göstərən hər hansı Təchizatçıya, yaxud onların hər hansı müvafiq müştərilərinə və ya infrastrukturuna, məhsullarına və ya xidmətlərinə mənfi təsir göstərməklə sonra qəsdən BBM Solution-dan və ya onun hər hansı bir hissəsindən istifadəyə təşəbbüs edə, ondan istifadə edə və ya başqalarının ondan istifadəsinə icazə verə bilməzsiniz və BlackBerry tərəfindən bu barədə Sizə məlumat verildikdən sonra hər hansı belə fəaliyyəti dərhal dayandırmalısınız;
(e) Sizin BBM Solution və ya onun hər hansı bölməsi hər hansı uyğunsuz, çirkli, təcavüz edici, təhqiramiz, böhtançı, iftiraçı, ədəbsiz, qanunsuz və ya aldadıcı Məzmunu ötürmək, dərc etmək, göndərmək, yükləmək, paylamaq və ya yaymaq üçün istifadə edilmir;
(f) Sizin BBM Solution və ya onun hər hansı bir hissəsi hər hansı cinayət törətmək və ya hər hansı cinayət törətməyə cəhd etmək, yaxud hər hansı cinayət, hər hansı qanun və ya müqavilə çərçivəsində, yaxud hər hansı bir vəzifəyə əməl edilməməsi, şəxsi həyatın sirrinin toxunulmazlığına dair qanunvericiliyin müddəalarının pozulması ilə digər qanunsuz hərəkət və ya Sizin toplamanıza, saxlamanıza və ya başqalarının istifadəsinə təqdim etmənizə icazə verilməyən hər hansı informasiya və ya materialı yükləmə, toplama, saxlama, yerləşdirmə, ötürmə, başqaları ilə bölüşmə və ya digər şəkildə başqalarının istifadəsinə təqdim etmə də daxil olmaqla müqavilə münasibətlərinə hər hansı qəsdən müdaxilə hərəkəti, qanunsuz qumar oynama, yaxud hər hansı üçüncü tərəfin hər hansı əqli mülkiyyət hüququnu və (və ya) digər mülkiyyət hüquqlarını pozan və ya həmin hüquqları qeyri-düzgün tətbiq edən hər hansı bir hərəkət (o cümlədən Sizin surətini çıxarmağınıza və ya başqaları ilə paylaşmağınıza icazə verilməyən kompyuter proqram təminatının və ya Məzmunun surətinin çıxarılması və onların başqaları ilə bölüşülməsi də daxil olmaqla) törədilməsinə kömək etmək, yaxud müəllif hüquqlarını qorumaq üçün hər hansl texniki vasitələrin qorunmasına dair müddəaların qanunsuz tətbiqi üçün istifadə edilə bilməz;
(g) Sizin BBM Solution və ya onun hər hansı bir hissəsi hər hansı 1) virusa, "Troya atı"na, "qurd"a, məxfi məlumata, söndürülmə mexanizminə, əks-məqsədli koda, şəbəkə təhlilçisinə, robota, deaktivasiya mexanizminə və ya kəşfiyyat xarakterli kompyuter proqram təminatına; yaxud A) fəaliyyətə mənfi təsir göstərmək ehtimalı olan və ya bu məqsədlər üçün nəzərdə tutulan; B) yararsız, pozulmuş, yaxud zərər vuran və ya C) icazəsiz istifadə halı doğuran və ya ona kömək edən, yaxud icazəsiz istifadəni inkar edən, yaxud hər hansı icazəsiz və ya qeyri-münasib məqsədlər üçün istifadə edilməyə səbəb olan 2) hər hansı digər kompyuter proqramına və ya Məzmuna malik hər hansı kompyuter proqramının və ya Məzmunun, hər hansı kompyuter proqramı təminatının, avadanlığın, xidmətlərin, sistemlərin və ya məlumatların ("zərərli kompyuter proqramı təminatı") yüklənməsi, yerləşdirilməsi, ötürülməsi və ya başqa şəkildə başqalarının istifadəsinə təqdim edilməsi üçün istifadə edilə bilməz (və BBM Solution-da, yaxud onunla əlaqədar hər hansı zərərli kompyuter proqramı təminatının mövcudluğundan xəbərdar olduğunuz halda, bu barədə dərhal BlackBerry-yə məlumat verməlisiniz);
(h) BlackBerry-nin əvvəlcədən əldə edilən aydın ifadə edilmiş yazılı razılığı olmadan, Kompyuter proqramı təminatını və ya hər hansı Məzmunu, yaxud onun BBM Solution-un tərkib hissəsi kimi Sizin istifadənizə verilmiş hər hansı bir hissəsini, yaxud BBM Solution-a və ya onun hər hansı hissəsinə olan hüququnuzu hər hansı başqa şəxsə sata, kirayəyə verə, icarəyə verə və ya ötürə, həmçinin satmağa, kirayəyə verməyə, icarəyə verməyə və ya ötürməyə cəhd edə bilməzsiniz;
(i) Hakerlik, şifrənin oğurlanması vasitəsilə, yaxud hər hansı digər vasitələrlə hər hansı Xidmətlərdən, digər hesablardan, kompyuter sistemlərindən və ya Xidmətə bağlı olan şəbəkələrdən icazəsiz istifadəyə cəhd etməyinizə, yaxud BBM Solution tərəfindən hər hansı Xidmət vasitəsilə, hər hansı vasitələrlə Sizin istifadənizə yanlışlıqla təqdim edilmiş hər hansı materialları və ya informasiyaları əldə etməyinizə və ya onları əldə etməyə cəhd etməyinizə icazə verilmir;
(j) Sizin BBM Solution və ya onun hər hansı bölməsi hər hansı şəxsi və ya qurum qismində çıxış etmək üçün istifadə edilməməli, yaxud Sizin şəxs və ya quruma aid olduğunuzu yanlış şəkildə qeyd etməməli və ya başqa cür təhrik etməməli, yaxud fişinq və spufinq daxil olmaqla başqalarını yanlışlığa aparan saxta eyniləşdirmə yaratmamalıdır; və
(k) Siz BalckBerry ilə əməkdaşlıq edirsiniz və BlackBerry-yə hazırkı Müqavilənin şərtlərinin pozulub-pozulmamasının araşdırılmasında və ya müəyyən edilməsində yardım etmək üçün BlackBerry tərəfindən tələb olunan məlumatları təqdim edirsiniz və BlackBerry-nin və ya BlackBerry-nin təyin etdiyi müstəqil auditorun BBM Solution-un istifadə edildiyi və ya istifadə edilmiş olduğu sahələrə və Cihazlara və istənilən əlaqəli sənədlərə çıxışını təmin edirsiniz. Siz bununla da BlackBerry-yə: (i) şübhəli cinayət pozuntularının araşdırılmasında hüquq-mühafizə orqanları; (ii) hazırkı Müqavilənin şərtlərinin pozulması əməllərinin araşdırılmasında üçüncü tərəflərlə; və (iii) hazırkı Müqavilənin yerinə yetirilməsi üçün İnternet servis provayderləri, şəbəkələri və ya kompüter qurğuları üzrə sistem administratorları ilə əməkdaşlıq etmək səlahiyyəti verirsiniz. Bu cür əməkdaşlığa Sizin istifadəçi adınızı açıqlayan BlackBerry, İP ünvanı, yaxud digər şəxsi informasiyalar daxil ola bilər.

3. Proqram təminatından istifadə.

(a) Lisenziya. BBM Solution-un bölmələri Sizdən Xidmətlərə çıxış əldə etmək üçün Proqram təminatını əldə etməyi və istifadə etməyi tələb edir. Proqram təminatı lisenziyalıdır və hazırkı Müqavilə üzrə satılmır. Sizin Proqram təminatından istifadə etmək üçün lisenziyanız mövcud lisenziya haqlarının (beləsi olarsa) ödənişindən sonra mümkündür. Hazırkı Müqavilənin müddəa və şərtlərinə uyğun olaraq hazırkı Müqavilə Sizə Cihazda Proqram təminatını quraşdırmağa və ya istifadə etməyə icazə verən şəxsi, bərpa olunan, müstəsna olmayan, başqasına ötürülə bilməyən lisenziya verir, yaxud əgər üçüncü tərəfi idarə edən istifadə qaydaları dəqiq şəkildə icazə verərsə, rəqəmsal elektron mağaza (məsələn, Proqram təminatının iOS versiyaları üçün iTunes Store) ilə təmin edir və bu mağazadan Siz Proqram təminatını ("İstifadə Qaydaları"), bu cür İstifadə Qaydaları vasitəsilə dəqiq şəkildə icazə verilən Cihazların nömrəsini əldə edirsiniz.

Əgər Siz abunə əsasında, yaxud ödənişsiz sınaq kimi Proqram təminatını əldə edirsinizsə, onda yuxarıda göstərilən lisenziya hüquqları Sizin lazımi abunə haqlarını ödədiyiniz müddətə, yaxud BlackBerry-nin və ya onun səlahiyyətli distributorunun (vəziyyətdən asılı olaraq) icazə verdiyi müddətə tətbiq edilir.

Bütün hallarda hazırkı Müqavilə üzrə verilən lisenziya(lar) Sizə Proqram təminatından istifadə etməyə, yaxud yalnız Sizin daxili və ya şəxsi məqsədiniz üçün və qüvvədə olan İstifadə Qaydalarına uyğun olaraq Xidmətlərə çıxışa icazə verir.

(b) Dəyişiklik və Yenilənmələr. Hazırkı Müqavilə və verilən lisenziyalar aşağıdakılarla bağlı heç bir hüquq vermir: (i) Proqram təminatının və ya Üçüncü Tərəfin Proqram təminatının müntəzəm və ya gələcəkdə dəyişdirilməsi və ya yenilənməsi; yaxud (ii) hər hansı yeni və ya dəyişdirilmiş Xidmətlərin əldə edilməsi. Yuxarıdakılara baxmayaraq, Proqram təminatının dəyişdirilməsi və ya yenilənməsi vaxt keçdikcə BlackBerry-nin mülahizəsi ilə mümkündür. Proqram təminatına Proqram təminatının dəyişdirilməsi və ya yenilənməsi üçün funksionallıqdan tutmuş avtomatik baxımdan yoxlanması daxildir və Sizdən Xidmətlərə, digər yeni Proqram təminatına və ya Üçüncü Tərəfin Proqram təminatına, yaxud Üçüncü Tərəfin Xidmətlərinə və ya onların bir bölümünə çıxışı davam etdirmək və ya müəyyən Xidmətlərdən istifadə etmək üçün Proqram təminatını və ya Üçüncü Tərəfin Proqram təminatını yeniləmək tələb oluna bilər. Sizin Cihazınızın proqram təminatı Sizin Proqram təminatına ötürülmədən, yaxud yeniləmələrdən və ya dəyişikliklərdən istifadə etməkdən və bu cür quraşdırmaları tətbiq etməkdən uzaq olmağa icazə verənədək Siz BlackBerry-nin Sizin üçün vaxt keçdikcə bu cür yenilənmə və ya dəyişiklikləri edə biləcəyinə (lakin bunu etməyə məcbur deyildir) və bu cür yeniləmə və ya dəyişikliyin edilməsi mümkün olan zaman Sizə bildiriş tqədim edəcəyinə razılıq verirsiniz. BlackBerry tərəfindən hazırkı Müqavilə üzrə Sizə təqdim olunan istənilən yeniləmə və ya dəyişikliklər Proqram təminatı, Xidmətlər və ya Üçüncü Tərəfin Proqram təminatı (vəziyyətdən asılı olaraq) hesab olunur.

(c) Təkrar istehsal hüquqları. Siz Proqram Təminatını və ya Xidmətin bir hissəsi kimi Sizə verilmiş istənilən Məzmunu tam və ya qismən paylaşdıra və ya dəyişdirə bilməzsiniz. BlackBerry-nin qanun tərəfindən dəqiq şəkildə bu cür fəaliyyətlərdən kənarlaşdırıldığı nəzərə alınaraq, Siz tam və ya qismən Proqram Təminatının və ya Xidmətin bir hissəsi kimi Sizə verilmiş istənilən Məzmunun surətini çıxarda, təkrar istehsal edə və ya digər şəkildə nüsxəsini çıxarda bilməzsiniz, hazırkı Müqavilədə, mövcud Xidmət üzrə Sənədlərdə, İstifadə Qaydalarında, yaxud Sizin və BlackBerry, yaxud BlackBerry filialı arasında bağlanmış ayrıca yazılı müqavilədə dəqiq şəkildə icazə verilən hallar istisna olmaqla.Hazırkı müddəanın məqsədləri üzrə "surətin çıxarılması" və ya "təkrar istehsala" Sənədlərdə gsötərilən məqsədlərə uyğun olaraq istifadə edildikdə normal proqram icrası zamanı təbii şəkildə baş verən Proqram təminatının göstəriş və təlimatlarının surətlərinin çıxarılması, habelı Proqram təminatının sənaye standartı biznes təcrübələrinə uyğun olaraq quraşdırıldığı Qurğunun və ya Proqram təminatının düzəliş edilməyən müntəzəm fasiləsiz iş rejimi zamanı surət çıxarfılması daxil deyildir. Siz şəxsi və daxili istifadə və Sizin BBM Solution-dan istifadə etmənizlə bağlı sənədlərdən başqa heç bir Sənədin surətini çıxarda bilməzsiniz.

4. Tələb olunan Üçüncü Tərəf Ünsürləri və Üçüncü Tərəf Xidmətləri. Siz BBM Solution-dan istifadə etməyi seçdiyiniz Üçüncü Tərəf Ünsürlərinin və Üçüncü Tərəf Xidmətlərinin (Cihazlar, İnternet qoşulması, simsiz şəbəkələr və Airtime Xidmətləri daxil olmaqla) BlackBerry-nin minimal tələblərinə cavab verilməsinə, habelə Cihazın proqram təminatına və Sənəddə göstərildiyi kimi Sizin BBM Solution üçün tələb olunan etibarlı İnternet çıxışının təmin edilməsinə və həmçinin Sizin BBM Solution ilə istifadə etdiyiniz bu cür Üçüncü Tərəf Ünsürlərinin və / və ya Üçüncü Tərəf Xidmətlərinin bu cür Tərəf Ünsürləri və / və ya Üçüncü Tərəf Xidmətlərindən istifadə ilə bağlı hər hansı lisenziya, müddəa, şərt, qanun, qayda və / və ya prosedurları pozmamasına məsuliyyət daşıyırsınız. Airtime Xidmətləri ümumiyyətlə Sizin BBM Solution-dan istifadə etmək üçün tələb olunur. Airtime Xidməti haqları Sizin BBM Solution-dxan istifadə etməyiniz müqabilində tutula bilər və Siz, Sizin və BlackBerry arasında olduğu kimi Siz bu istifadədən yaranan bütün Airtime Xidməti haqlarına məsuliyyət daşıyırsınız. Sizin Airtime Xidməti Provayderiniz Sizə təqdim olunan Xidmətləri və Üçüncü Tərəf Xidmətlərini məhdudlaşdıra bilər. Əgər Siz , sahənizdəki Sizin BBM Solution –la bağlı yardım edən Airtime Xidməti Provarderləri haqda məlumat əldə etmək istəyirsinizsə, zəhmət olmasa, legalinfo@blackberry.com BlackBerry ilə əlaqə saxlayın.

5. Əlavə şərtlər.

(a) Sizdən əlavə müddəa və şərtlərlə razılaşmaq tələb oluna bilər:
(i) Üçüncü TGərəf Komponentləri (məsələn, açıq mənbə komponentləri) ilə bağlı BlackBerry ilə və müəyyən Xidmətlərdən və ya Məzmundan istifadə etmək üçün və ya BBM Solution-na dəyişiklik edilməsinə və ya yenilənməsinə nail olmaq üçün;
(ii) üçüncü tərəfin əldə etdiyi və ya istifadə etdiyi Üçüncü Tərəfin Ünsürü və ya Üçüncü Tərəfin Xidməti, habelə BBM Solution vasitəsilə çıxışın mümkün olduğu Üçüncü Tərəfin veb saytından istifadə;
(iii) BBM Solution ilə bağlı və ya onun vasitəsilə alış etmək üçün MoR və ya ödəniş prosessoru ilə; və
(iv) Airtime Xidmətləri üçün Airtime Xidməti Provayderi ilə.

(b) Siz üçüncü tərəflə bağladığınız istənilən müqaviləyə görə məsuliyyət daşıyırsınız və BlackBerry Sizin bu cür üçüncü tərəflərlə sövdələşmələrinizdən yaranan itkiyə və ya istənilən növ ziyana görə məsuliyyət daşımır. Siz BlackBerry-nin hər hansı Məzmunun, ünsürün, məhsulun və ya xidmətin mənbəyi olduğuna əmin olmasanız, zəhmət olmasa, legalinfo@blackberry.com saytında BlackBerry ilə əlaqə saxlayın. Siz üçüncü tərəflərlə İnternet vasitəsilə və ya Üçüncü Tərəfin Xidmətləri ilə əlaqəli olaraq iş birliyi qurursunuzsa, kiminlə əlaqə qurduğunuza əmin olun və çıxış əldə edə və ya qəbul edə bildiyiniz həmin veb saytlarla və istənilən Üçüncü Tərəfin Xidmətləri və ya Üçüncü Tərəfin Ünsürləri ilə əlaqəli müddəa və şərtlərlə, habelə çatdırılma və ödəniş şərtləri, istifadə müddə.ti, son istifadəçinin lisenziya şərtləri, məhsulları qaytarmaq imkanı, məxfilik şərtləri, məxfilik mühiti, və Sizin şəxsi məlumatlarınızı qorumaq və Sizin şəxsi təhlükəsizliyinizi təmin etmək üçün təhlükəsizlik qaydaları ilə tanış olun.

(c) Heç bir vəchlə Sizin və istənilən üçüncü tərəf arasındakı əlavə müddəa və şərtlər BalckBerry üzərinə öhdəlik qoymur və BalckBerry üzərinə və Sizin və BalckBerry arsında heç bir əlavə öhdəlik və ya hazırkı Müqavilənin müddəa və şərtlərinə uyğun gəlməyən öhdəlik tətbiq etmir, hazırkı Müqavilədə Üçüncü Tərəfin Ünsürləri və Üçüncü Tərəfin Xidmətləri ilə bağlı müddəa və şərtlər həmin ünsürlərə tətbiq edilməkdə davam edir.

(d) İstənilən Üçüncü Tərəfin Komponentinin bu cür Üçüncü Tərəfin Komponentinin bütöv və ya bir hissəsindən Sizə hazırkı Müqavilə üzrə verilən hüququlara nisbətən daha geniş şəkildə istifadə etmək, surətini çıxartmaq, paylaşdırmaq və ya dəyişiklik etmək kimi hüquqlarla təmin edən əlavə müddəa və şərtlərlə əhatə olunduğunu nəzərə alaraq, Siz bu cür daha geniş hüquqlardan Proqram təminatının yerdə qalan hissəsi üçün hazırkı Müqavilənin müddəa və ya şərtlərini pozmadan istifadə edə bilərsiniz. Siz bu cür daha geniş hüquqlardan faydalana bilərsiniz. Sizə BlackBerry tərəfindən təqdim olunan Üçüncü Tərəfin Proqram təminatına və ya Üçüncü Tərəfin Xidmətlərinə (proqram təminatını və Məzmunu özünə daxil edən) gəldikdə isə, Üçüncü Tərəfin Proqram təminatı və ya Üçüncü Tərəfin Xidməti ayrıca lisenziya və ya xidmət şərtləri ilə müşayiət olunmazsa, onun istifadəsinə hazırkı Müqavilənin müddəa və şərtləri tətbiq edilir, sanki bu Sizin BBM Solution-ın hissəsini yaradan Proqram təminatı və ya Xidmətlərdir (müvafiq hallarda); bu şərtlə ki bu cür Üçüncü Tərəfin Proqram təminatı və ya Üçüncü Tərəfin Xidməti Sizə, Sizin və BlackBerry arasında şərtlər, öhdəliklər, zəmanətlər, bəyanatlar və ya təminatlar olmadan BlackBerry tərəfindən "OLDUĞU KİMİ" və "MÜMKÜN OLDUĞU KİMİ" təqdim edilmiş olsun. Hazırkı Müqavilədə Üçüncü Tərəf Ünsürləri və Üçüncü Tərəf Xidmətləri üçün və Proqram təminatı üçün deyil, müəyyən edilən məsuliyyət, imtina və geri ödəniş müddəalarının məhdudiyyət və istisnaları tətbiq edilir.
6. BBM Solution xidmətindən istifadəyə olunan dəyişikliklər və xidmətin dayandırılması.

(a) BBM Solution xidmətindən istifadəyə olunan dəyişikliklər və xidmətin dayandırılması. Siz razılaşırsınız ki, BlackBerry sizin qarşınızda heç bir məsuliyyət daşımadan, əvvəlcədən xəbərdarlıq edilmədən və yaxud əvvəlcədən xəbərdarlıq edilərək BBM Solution xidmətinə və ya onun hər hansı bir hissəsinə, istənilən vaxt, müvəqqəti və yaxud daimi dəyişikliklər edə, istifadəsini dayandıra (o halda ki, yalnız Xidmətə qoşulmaq üçün xüsusi olaraq hazırlanmış lisenziyanız avtomatik olaraq bitəcəkdir), ləğv edə və ya BBM Solution xidmətindən istifadəni qeyri-aktivləşdirə bilər; əgər BlackBerry hər hansı Xidmətinin istifadəsini dayandırarsa və əgər Siz həmin xidmətin hər hansı bir vaxt müddət üçün aktiv olması üçün ödəniş etmisinizsə və bütün bunlar bu Müqavilənin şərtlərinə uyğundursa Xidmət üçün nəzərdə tutulan geri ödəmə siyasətində göstərildiyi kimi, Sizin bütün ödənilmiş və ya həmin məbləğin bir hissəsini geri almaq hüququnuz vardır. BlackBerry daimi olaraq BBM Solution-dan və ya onun hər hansı bir hissəsinin istifadəni dayandırarsa bu kimi ödənilən məbləğin geriyə qaytarılması Sizin, BlackBerry-nin və ödəniş prosessorunun müstəsna səlahiyyətləri çərçivəsində olacaqdır.

(b) Texniki qulluq. Yuxarıda göstərilənlər nəzərə alınaraq qəbul edirsiniz ki, BlackBerry mütəmadi şəkildə BBM Solution-un və ya onun hər hansı bir hissəsinin fəaliyyətini dondurmaq, eləcə də proqram problemlərini düzəltmək, təzələmələr yükləmək, diaqnostika və digər texniki qulluq aparmaq üçün BBM Solution-un istifadəsini müvəqqəti dayandırmaq hüququna sahibdir.

7. Sizin Töhfəniz və digər Tərkib

(a) Rəy. Siz özünüz BBM Həlliniz barədə BlackBerry-yə rəy bildirə bilərsiniz. Blackberry yazılı şəkildə razı olmayınca, Siz "BBM Həlliniz və bütün əlaqədar əqli mülkiyyət hüquqları"na (birgə şəkildə "Rəy" adlandırılacaq) dair BlackBerry-yə bildirdiyiniz bütün rəylərə, iradlara, təkliflərə, fikirlərə, konsepsiyalara və dəyişikliklərə malik olacağına razı olur və BlackBerry-yə bütün hüquq və titullarınızı verirsiniz. Siz üçüncü şəxsin əqli mülkiyyət hüquqlarının predmeti olan hər hansı rəyi bilərəkdən BlackBerry-yə təqdim edə bilməzsiniz. Siz BlackBerry-nin Rəyə sahib olmasını təsdiq etmək və hər hansı əlaqədar əqli mülkiyyət hüquqları və/və ya məxfi məlumatları qeydiyyatdan keçirmək və/və ya qorumaqla BlackBerry-yə imkan yaratmaq məqsədilə sonrakı sənədlərin imzalanması və BlackBarry-nin ağlabatan müraciəti əsasında digər belə tədbirlər görməklə bağlı BlackBerry-i ilə tam əməkdaşlıq etməyə razılıq verirsiniz.

(b) Son İstifadəçi Tərkibi, Üçüncü Şəxsin Əşyaları. BlackBerry deyil, Siz öz Tərkibinizə görə tam məsuliyyət daşıyırsınız. BlackBerry özlərinin BBM Həlli və ya BBM həlli ilə yanaşı istifadə edilən hər hansı Üçüncü Şəxsin Xidməti ilə bağlı son istifadəçilər tərəfindən sizə təmin edilən Tərkib və ya digər Üçüncü Şəxs Əşyalarına nəzarət etmir və 17-ci Bölmədə ümumi imtinalara əlavə olaraq, BlackBerry hər hansı belə Üçüncü Şəxs Əşyalarının düzgünlüyü, bütövlüyü və keyfiyyətinə zəmanət vermir və məsuliyyət daşımır. BlackBerry saxlanıla bilən Tərkibin həcmi, hər hansı Xidmətdə Tərkib və ya mesaj/müzakirə panelinin elanlarının saxlandığı maksimum vaxt müddəti (istənilən bulud (cloud) saxlama xidməti daxil olmaqla) və/və ya hər hansı Tərkibdən istifadə və ya çıxışı davam etdirə bildiyiniz vaxt müddəti daxil olmaqla BBM Həllindən istifadəyə dair ümumi təcrübə və məhdudiyyətləri müəyyən edə bilər. Siz BlackBerry və ya onunla əlaqəli olan şəxs tərəfindən təmin edilmiş Tərkibdən bilavasitə şəxsi istifadənizə şamil olunan konkret lisenziya şərtlərinə uyğun istifadə edə bilərsiniz. Yuxarıda qeyd olunan məhdudiyyətlər müvafiq Xidmət üçün Sənədlərdə təfsilatlı şəkildə veriləcək ki, bunlarla da siz tanış olmalı və BlackBerry-nin gələcəkdə dəyişikliklər etməsinə uyğun olaraq bu sənədlərə baxmalısınız. Siz hər hansı Tərkibin itkisi, ləğvi, ona icazəsiz çıxışa və ya onu saxlamağa müvəffəq olmamağa görə BlackBerry-nin heç bir məsuliyyət daşımamasına razı olursunuz, bir şərtlə ki, sizin bunu etməyə lazımi hüquq və ya lisenziyalarınız olsun. Siz hər hansı Tərkibin alternativ ehtiyyat nüsxəsini saxlamalısınız və bu nüsxənin saxlanması sizin üçün mühümdür.

(c) Sizin Tərkibiniz. Hazırkı Müqavilə və ya əlavədə aydın təsbit edilənlər istisna olmaqla, hazırkı Müqavilə BlackBerry-yə Sizin Tərkibinizə dair hər hansı sahibliyi ötürmür. BBM Həllinin ictimai baxımdan məqbul olan aspektlərinin (BBM Gruplar və Sizin BBM kontaktlarınız, eləcə də BBM Həllinin digər istifadəçiləri üçün çıxışı olan digər forumlar) daxil edilməsi üçün Siz hər hansı BlackBerry xidmətinin təminatı və idarəedilməsi ilə bağlı ağlabatan tərzdə belə Tərkibdən istifadə etmək, paylamaq, nüsxəsini çıxarmaq, dəyişdirmək, uyğunlaşdırmaq, ictimai tərzdə idarə etmək və nümayiş etdirmək üçün BlackBerry-yə dünya səviyyəli, müddətli, qaytarılmayan, ötürülə bilən, qonorarsız və qeyri-müstəsna lisenziyanı verirsiniz. BBM Həllinin digər aspektləri üzrə Siz təmin etdiyiniz hər hansı Tərkiblə əlaqədar Sizin BBM Həlliniz ilə təmin edilməniz üçün tələb olunan belə tərkibdən istifadə etmək, paylamaq, nüsxəsini çıxarmaq, dəyişdirmək, uyğunlaşdırmaq, ictimai baxımdan idarə etmək və nümayiş etdirmək üçün BlackBerry-yə dümya səviyəyli, qonorarsız və qeyri-müstəsna lisenziya, eləcə də BlackBerry-yə belə lisenziyanı vermək hüququnuzun olmasına dair hər iki halda zəmanət və əhd verirsiniz.

(d) Arzuolunmaz Tərkib və Üçüncü Tərəf Əşyaları. Sizin BBM Həlliniz və ya Üçüncü Şəxsin Xidmətindən istifadə etməklə başa düşürsünüz ki, Siz təhqiramız, nalayiq və arzuolunmaz olan və ya olması hesab etdiyiniz Tərkib və Üçüncü Şəxs Əşyaları ilə üzləşə bilərsiniz. BlackBerry və onun səlahiyyətli şəxsləri Sizin Tərkibi və ya Üçüncü Şəxsin hər hansı Əşyalarını öz ixtiyarında əvvəlcədən yoxlamaq, rədd etmək və çıxarmaq hüququna (öhdəliyinə deyil) malik olacaqdır.

(e) Valideyn Nəzarəti və Böyüklərin Nəzarəti. Sizin BBM Həlliniz və ya Üçüncü Şəxsin Xidmətlərinə müəyyən Tərkib, Xidmətlər, Üçüncü Şəxsin Xidmətləri və ya Üçüncü Şəxsləri bloka salmaq və ya süzgəzdən keçirməkdə sizə imkan verən quruluşu daxil ola bilər. Belə quruluşları özünüzün arzu olunan üstünlüyünüz üçün seçmək və aktivləşdirmək tamamilə sizin məsuliyyətinizə düşür. BlackBerry belə quruluşların nöqsansız olmasına zəmanət vermir, bütün müvafiq Tərkib, Xidmətlər, Üçüncü Şəxsin Xidmətləri və ya Üçüncü Şəxsləri bloka salacaq və ya Sizin BBM Həllinizə çıxışı olan digərləri tərəfindən qarşısı alına bilməz. Əgər Siz övladınıza Sizin BBM Həllinizdən və ya onun hər hansı hissəsindən istifadə etmək icazəsi versəniz, müəyyən Xidmətin, Üçüncü Şəxsin Xidmətini və ya Üçüncü Şəxslərin Əşyalarının övladınız üçün müvafiq olub-olmadığını müəyyən etmək sizin məsuliyyətinizdir və Siz belə istifadə və ya çıxış zamanı ortaya çıxan bütün maliyyə xərcləri və ya digər öhdəlik daxil olmaqla övladınızın BBM Həlli, Üçüncü Şəxsin Xidmətləri və ya Üçüncü Şəxslərin Əşyalarından istifadəsi və çıxışına görə tam məsuliyyət daşıyırsınız.

8. Fövqəladə Xidmətlər. BBM Həlliniz ictimai tərzdə yandırılan telefon şəbəkəsi ilə (PSTN) qarşılıqlı əlaqəyə salınmamışdır. Digər cihazlarla ünsiyyətə girmək üçün telefondan istifadə etməyin, belə ki, onlar sizin adi mobil və ya sabit xəttli telefonunuzu əvəz etmək üçün nəzərdə tutulmamışdır. Əlavə olaraq, Siz təsdiq edir və razı olursunuz ki, BBM Həlliniz Sizin ənənəvi sabit xəttli və ya naqilsiz mobil telefonunuzu əvəz etmək üçün nəzərdə tutulmamışdır və onlar yerli telerabitə qanunlarına əsasən istifadəçini ictimai təhlükəsizlik üzrə cavab məntəqələrinə və ya oxşar fövqəladə xidmətlərlə ("Fövqəladə Xidmətlər") əlaqələndirilməsi üçün nəzərdə tutulmuş "911", "112", "999", "000" və digər təyin edilmiş nömrələrə zənglər etmək üçün istifadə olunmaya bilər. Fövqəladə Xidmətlərə zənglər BBM Həlliniz vasitəsilə ötürülmür. Siz başa düşür və razı olursunuz ki, BBM Həllinizdən ayrı olan əlavə tədbirlər Fövqəladə Xidmətlərə çıxış əldə etmək üçün görülməlidir və BlackBerry Şirkətlər Qrupu və ya onların müvafiq rəhbərləri, direktorları və ya işçiləri BBM Həlliniz vasitəsilə Fövqəladə Xidmətlərə çıxışın əldə edilə bilməməsindən yaranan hər hansı şəxsi xəsarət, ölüm, və ya zərər hallarına görə heç bir məsuliyyət və ya öhdəlik daşımır.

9. Əqli Mülkiyyət. Siz bununla patent, faydalı model, əmtəə nişanı, müəllif hüququ, məlumata hüquq və məxfi məlumata digər hüquqlar və kommersiya sirləri də daxil olmaqla, hazırkı Müqavilə ilə BBM Həllinizin tərkib hissəsi kimi BlackBerry Şirkətlər Qrupu və onların afilələri və müvafiq təchizatçıları tərəfindən məqbul edilən Tərkib daxil olmaqla, Sizin BBM Həlliniz və onun hissələri üzərində və ya onlara aid heç bir mülkiyyət hüququ, titulu və ya heç bir müəllif hüquqları və digər mülkiyyət hüquqlarını əldə etmirsiniz. Siz, həmçinin Sizin BBM Həllinizdə və ya onun hər hansı hissəsində və ya onlara aid, hazırkı Müqaviləyə və ya Siz və BlackBerry arasında ola biləcək hər hansı digər yazılı müqavilə əsasında razılaşmaya uyğun olaraq Sizə aşkar lisenziya əsasında verilmiş hüquqlardan başqa, heç bir lisenziya hüququ əldə etmirsiniz. Burada göstərilənlərə uyğun olaraq açıq-aşkar verilməmiş hüquqlar, açıq-aşkar qorunur. Aydınlıq üçün, hazırkı Müqavilənin hər hansı müddəasına xələl gətirmədən, BBM Həllinizdə heç bir patent lisenziyası heç bir halda ayrılıqda və ya Sizin BBM Həllinizlə yanaşı hər hansı Üçüncü Şəxsin Xidmətləri və Üçüncü Şəxsin Əşyalarına tətbiq edilmir və tətbiq edilməsi kimi nəzərdə tutulmuş və yuxarıdakılarla məhdudlaşmadan, verilən lisenziya heç bir şəkildə şərh edilməməlidir ki, belə Üşüncü Şəxsin Xidmətləri və ya Üçüncü Şəxsin Əşyalarının hər hansı təchizatçısı BBM Həllinizin lisenziyalaşdırıldığı faktına görə belə Üçüncü Şəxs Xidmətləri və ya Üçüncü Şəxs Əşyalarının ayrıca və ya BBM Həllinin hamısı və ya bir hissəsi ilə yanaşı BlackBerry patentləri altında lisenziyalaşdırılmasını uğurla təsdiq edə bilər. Proqram Təminatından çıxardığınız surətlər də daxil omaqla Proqram Təminatı Sizə lisenziya əsasında verilmiş və satılmamışdır və Sizə Xidmətlərə çıxış yaratmaq imkanı verən Proqram Təminatı, bütün Sənədlər və hər hansı səhifə(lər) Kanada, ABŞ və beynəlxalq müəllif hüquqları və patent hüququ üzrə qanunlara və beynəlxalq sazişlərin müddəalarına uyğun olaraq qorunur. Əqli mülkiyyət hüquqlarının pozulması ağır mülki və cinayət məsuliyyətinə səbəb olur. Siz razılaşırsınız ki, hazırkı Müqavilədə heç nə BlackBerry-nin və Xidmət üçün nəzərdə tutulmuş Tərkib təchizatçılarının əqli mülkiyyət hüquqlarının və digər mülkiyyət hüquqların qorunması üçün tətbiq edilən qanunvericiliyə əsasən BlackBerry-nin, məhkəmə əmrlərinin əldə edilməsi də daxil olmaqla (ancaq bununla məhdudlaşmadan), hər hansı hüquqlarına və hüquqların müdafiə vasitələrindən istifadə etməyinə mənfi təsir etməyəcəkdir.

10. İxrac, İdxal, və İstifadə Məhdudiyyətləri və ABŞ Dövlət Lisenziyaları. Proqram Təminatına şifrə program təminatı daxil ola bilər və müvafiq dövlət orqanlarının müvafiq qanun və qaydalarına uyğunluq istisna olmaqla ixrac, idxal, istifadə oluna, ötürülə və ya yenidən ixrac edilə bilməz. Siz bununla bəyan edirsiniz ki: (A) Sizin bildiyiniz qədər Sizin tətbiq edilən, ABŞ dövlətinin embarqo-suna daxil olmayan və ya ABŞ hökuməti tərəfindən "teroristlərə dəstək verən" ölkələr sırasında sadalanmayan ölkənin qanunvericiliyinə uyğun olaraq, eləcə də adınız ABŞ dövlətinin hər hansı qadağan eilmiş və ya məhdudlaşdırılmış şəxslər siyahısında çəkilmədiyi halda, Proqram Təminatını almaq hüququnuz vardır; (B) Siz Proqram Təminatını kimyəvi, bioloji və ya nüvə silahlarının və ya onların raketlə təminat sistemlərinin və ya bu cür silahlarla və ya onların raketlə təminat sistemləri ilə birlikdə istifadə oluna bilən materialların və ya avadanlıqlarının yaradılmasında, istehsalında, idarə olunmasında, texniki xidmət edilməsində, saxlanılmasında, aşkar olunmasında, tanınmasında və ya yayılmasında istifadə etməyəcəksiniz və ya bu cür fəaliyyətlə məşğul olan hər hansı şəxsə yenidən satmayacaq və ya ixrac etməyəcəksiniz. Hər hansı üçüncü şəxslə razılaşmaya və ya hər hansı qanunun, qaydanın və ya daxili qaydaların müddəalarına baxmayaraq, əgər Siz Amerika Birləşmiş Ştatları hökumətinin orqanısınızsa, o zaman, BlackBerry-nin Baş Əməliyyat Mütəxəssisi və ya Baş İcraçı Mütəxəssisin imzaladığı, BlackBerry ilə Sizin aranızda bağlanan BlackBerry ilə yazılı müqaviləyə əsasən başqa cür razılaşdırmayana qədər, Sizin hüquqlarınız hazırkı Müqavilədə nəzərdə tutulan hüquqlardan geniş olmayacaqdır.

11. Təhlükəsizlik, Hesablar və Şiflərər.

(a) Şifrə və hesablardan istifadə. Siz öz BBM Solution proqramınıza, o, cümlədən proqram təminatını yükləyəcəyiniz cihaza girişi nəzarət etmək üçün müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün tam məsuliyyəti üzərinizə götürməyə razılığınızı verirsiz. Yuxarıda qeyd olunan müddəların ümumi mənasını məhdudlaşdırmadan Siz güclü şifrələr seçəcəyinizə və Öz BBM Solution Proqramınıza və ya onun istənilən hissəsinə daxil olmaq üçün bütün şifrələrin, o cümlədən BBM solution proqramı ilə əlaqədar istifadə olunan BlackBerry eyniləşdirmə nömrəsi ilə daxil olmaq üçün şifrələrin təhlükəsizliyini və konfidensiallağını qoruyacağınıza razılıq verirsiz. Əlavə olaraq Siz şifrələrinizdən istifadə və ya Yahoo hesablarınızla əlaqəli, o cümlədən belə hərəkətlərdən qaynaqlanan maliyyə itkiləri ilə bağlı bütün hərəkətlərə görə məsuliyyət daşıyacağınıza razılığınızı verirsiz. Siz Sizin BBM Solution proqramınızdan və ya onun hər hansı bir hissəsindən, o, cümlədən BBM Solution proqraqmınızın istənilən bir hissəsi üçün şifrələrdən icazəsiz istifadə ilə bağlı BlackBerry Şirkətini Müştəri Xidmətləri mərkəzinə (əlaqə üçün informasiyanı www.blakcberry.com/support saytında əldə edə bilərsiz) zəng etməklə dərhal məlumatlandıracağınıza razılıq verirsiz. Belə bildirişi aldıqdan sonra şirkət hər-hansı bir tədbir görmək öhdəliyini üzərinə götürmədən bu məsələ ilə bağlı özünün münasib saydığı istənilən tədbiri görə bilər. BlackBerry şirkətini yuxarıda göstərilmiş qaydada məlumatlandırmağınız Sizi sizin şifrələrdən istifadə etməklə və ya sizin Yahoo hesablarınız vasitəsilə həyata keçirilən hərəkətlərə görə məsuliyyətdən azad etməyəcəyinə razılaşırsız.

(b) BlackBerry Eyniləşdirmə Nömrəniz. Əgər sizin BlackBerry eyniləşdirmə nömrəniz yoxdursa , Sizdən BBM Solution proqramına daxil olmaq və ondan istifadə etmək məqsədilə eyniləşdirmə nömrənin yaradılması tələb olunacaqdır. BlackBerrry eyniləşdirmə nömrənizi yaratdıqda BlackBerry Eyniləşdirmə Nömrəsi xidmətindən istifadə edən və ya daxil olmağa icazəniz olan digər məhsul və xidmətlərdən faydalanmaq ("BlackBerry Eyniləşdirmə Nömrəsi ilə daxil olması mümkün olan Xidmətlər") üçün ondan istifadə edə bilərsiz. Bu xidmətlər və məhsullarla əlaqəli BlackBerry eyniləşdirmə nömrənizin sizin tərəfinizdən istifadəsini tənzimləyən digər şərtlər üzərində Siz və BlackBerry şirkəti arasında razılıq halları istisna olmaqla Siz həm Xidmət, həm də BBM Solution proqramının bir hissəsi qismində BlackBerry Eyniləşdirmə nömrəsi xidmətinə şamil olunan bu Müqavilə şərtlərinin, o, cümlədən, heç bir məhdudiyyət tətbiq olunmadan 2.3,5,6,9,12,16,17,18,19,20-ci bölümlərin və hazırki 11-ci Bölümün BlackBerry Eyniləşdirmə Nömrəsi ilə daxil olması mümkün olan Xidmətlərdən faydalanmaq üçün BlackBerry Eyniləşdirmə Nömrəsindən istifadəyə də şamil olunacağına razılıq verirsiz. Əlavə olaraq bu Müqaviləyə istənilən xitam BlackBerry şirkətinin belə bir xitamın BlackBerry Eyniləşdirmə nömrəsi ilə daxil olması mümkün olan digər Xidmətlərdən istifadə etmək hüququnuza həqiqətən də xitam vermək üçün nəzərdə tutulmasını bildirməsi istisna olmaqla sizin BlackBerry Eyniləşdirmə Nömrəsi ilə daxil olması mümkün olan digər Xidmətlərdən faydalanmaq üçün BlackBerry Eyniləşdirmə Nömrəsindən davamlı istifadəniz üzrə şərtlərin tətbiqinə təsir etməyəcəkdir.

12. Konfidesiallıq və Hazır Məhsulun Təkrar Emal Edilməməsi. Bununla siz BBM Solution Proqramının: (a) Blackberry şirkəti və/və ya BlackBerry Şirkətlər Qrupu tərəfindən əhəmiyyətli vaxt və maliyyə xərcləri çəkilərək inkişaf etdirilməsinə; və (b) BBM Solution Proqramına BlackBerry şirkəti və BlackBerry şirkətlər qrupunun və onun aidiyyəti təchizatçılarının ticarət sirrləri də daxil olmaqla konfidensial informasiya daxil olduğunu təsdiq edir və bununla razılaşdırsız.Bu Müqavilə sizə BlackBerry şirkətindən, BlackBerry Şirkətlər Qrupundan və ya onların distribyutorlarından Proqram Təminatı, Xidmətlər, Ücüncü Tərəflər vasitəsilə təchiz olunan məhsullar üçün istənilən mənbə kodunu əldə etmək hüququnu vermir və şirkətin açıq şəkildə bu hərəkətlərin qarşını almaq qanunverciliyə zidd olan hallar kimi qiymətləndirilməsi istisna olmaqla siz Proqram Təminatını, Xidmətləri və ya üçüncü Tərəflər vasitəsilə təchiz olunan məhsulları dəyişməyəcəyinizə, modifikasiya etməyəcəyinizə, uyğunlaşdırmayacağınıza, onlardan törəmə işlər yaratmayacağınıza, köçürməyəcəyinizə,ticarət nişanıın simasını fiziki olaraq məhv etməyəcəyinizə və ya hazır məhsul əsasında təkrar emalat işləri aparmayacağınıza və ya belə bir hərəkətə əl atmayacağınıza və ya istənilən digər tərəfə bunu etmək üçün icazə verməyəcəyinizə, onun belə hərəkətlərinə göz yummayacağınıza, onu səlahiyyətləndirib və ya dəstəkləməyəcəyinizə razılıq verirsiz. Bu Müqavilənin məqsədləri üçün "Təkrar Emalat" termininə məlumatın, proqram təminatının (o, cümlədən interfesylərin, protokolların və ya texniki cəhətdən proqram təminatı ilə kodlaşdırılmış sayıla və ya sayıla bilməyən proqramlara daxil olan və ya onlarla birlikdə istifadə olunan digər məlumatların), xidmətin, və ya avadanlığın istənilən təkrar emalatını, köçürülməsini, sökülməsini, hissələrə ayrılmasını, şifrələrinin açılmasını və ya yenidənqurulmasını (o, cümlədən "RAM/ROM və ya daimi yaddaşdan məlumatların çıxarılması, kabel və ya naqilsiz link vasitəsilə məlumatların öyrənilməsi və ya "qara qutu" tipli təkrar emalat") özünə ehtiva edən istənilən hərəkət və ya istənilən informasiyanı, məlumatı və ya proqram təminatını bir formadan insan tərəfindən oxuna bilən formaya salan istənilən xidmət, avadanləq və ya metod daxildir.

13. Müqavilənin Müddəti. Siz bu Müqavilənin şərt və müddəalarını (başlanğıcdakı preambulada təsvir olunmuş qaydada ) üzərinizə öhdəlik kimi götürdükdə bu Müqavilə hüquqi qüvvəyə minməlidir və Müqavilə burada qeyd olunmuş şərtlərə müvafiq qaydada xitam verilənədək hüquqi qüvvədə qalacaqdır.

14. Hüquqi Müdafiə Vasitələri və Xitam

Bu Müqavilədə göstərilmiş BlackBerry şirkətinin malik olduğu istənilən digər hüquqlar və müdafiə vasitələrinə əlavə olaraq :

(a) Siz bu Müqavilənin şərtlərini pozduqda Blackberry şirkəti və ya onun nümayəndəsi özlərinin münasib saydığı müəyyən tədbirləri görə bilər, bu şərlə ki bu tədbirlərin görülməsi onlar üçün məcburi xarakter daşımasın. Belə tədbirlərə məhdudiyyət tətbiq olunmadan Sizin BBM Solution Proqramınızın və ya BBM Solution Proqramı ilə birlikdə üçüncü tərəflər vasitəsilə təchiz olunan istənilən məhsulun bütövlüklə və ya müəyyən hissəsinin dərhal istismarının dayandırılması və ya ona xitam verilməsi daxildir.

(b) Bu Müqavilədə və ya qanunda nəzərdə tutulmuş bütün digər hüquqlara və hüquq müdafiə vasitələrinə əlavə olaraq BlackBerry şirkəti; (i) Siz bu Müqavilənin və ya Blackberry şirkəti və ya onun filialı ilə bağlanılmış və qüvvədə olan istənilən əlavənin və ya digər razılaşmanın ödənişlərin vaxtı yetişdiyi və ödənilməli olan tarixdən otuz (30) gün müddətində istənilən ödənişləri aparmamaqla; və/və ya (ii) BBM Solution Proqramı ilə bağlı özünüzə göstərməli olan istənilən xidmətin göstərilməsini dayandırmaqla şərtlərini pozduqda sizin tərəfinizdən istifadə olan BBM Solution Proqramının istənilən hissəsi üzrə siz və və BlackBerry şirkəti arasında bağlanılmış Müqaviləyə və ya istənilən digər lisenziya müqaviləsinə dərhal xitam verə bilər. BlackBerry şirkətinə düzgün əlaqə informasiyasını verdiyiniz hallarda BlackBerry şirkəti sizə Müqaviləyə xitam vermə barədə bildiriş vermək üçün ağlabatan səyylərindən istifadə edəcəkdir.

(c) Bundan əlavə məhkəmə və ya digər hökumət orqanı tərəfindən bu və ya digər formada qəbul olunmuş qanun, qayda, tələb və ya qərar əsasında BBM Solution proqramı üzrə xidmətlərin bütövlüklə və ya qismən göstərilməsi üzərinə qadağa qoyularsa və ya hökumət orqanı və ya departmenti tərəfindən BlackBerry şirkətinə xidmətlərin müəyyən qisminin və hamısının göstərilməsinin icazə verilməməsi bildirilən bildirişi göndərilərsə BlackBerry şirkəti Sizin qarşınızda heç bir öhdəlik daşımadan bu Müqaviləyə xitam verə bilər və/və ya BBM solution proqramı üzrə xidmətlərin müəyyən bir qisminin və hamısının göstərilməsini dərhal dayandıra bilər. Bu Müqavilədə ifadə olunan heç bir fikir BlackBerry şirkətindən bu qanun, qayda, qərar və ya məhdudiyyətdən imtina etmək hüququnun əldə edilməsinin və ya istənilən məhkəmə qərarının apelyasiyası və yenidən baxılması üçün müraciət edilməsinin tələb edilməsi kimi qiyməyləndirilə bilməz. Mümkün olduqda Blackberry şirkəti belə bir xitam barədə otuz (30) gün əvvəlcədən bildiriş göndərmək və ya ödənişli xidmət olduqda ödənişlərin dayandırılması barədə məlumat vermək üçün ağlabatan səyylərindən istifadə edəcəkdir.

(e) Bu Müqaviləyə uyğun olaraq bu Müqavilədə açıq şəkildə nəzərdə tutulan hallardan savayı BlackBerry şirkətinin sizin qarşınızda Müqaviləyə xitam verilməsindən və ya burada verilmiş istənilən hüquq və ya lisenziyalardan qaynaqlanan heç bir Öhdəliyi yoxdur.

(f) Bu Müqavilə üzrə BlackBerry şirkəti tərəfindən istənilən xitam şirkət tərəfindən istənilən məhkəmə və ya inzibati orqandan sizin yurisdiksiyanıza uyğun tətbiq olunan razılığı, təsdiqi və ya qərarını almadan hüquqi qüvvəyə minəcəkdir.

(g) Əgər Siz Azərbaycan və ya Ruminiya rezidenti olaraq BlackBerry şirkətinə məxsus olan konfidensial informasiyanın qorunması şərtlərini, əqli mülkiyyət və digər mülkiyət hüquqlarını pozmusuzsa (birlikdə "ƏM" hüquqlarının pozulması), onlardan sui-istifadə etmisizsə və ya şirkətin hüquqlarını digər formada pozmusuzsa və sizin yurisdiksiyada olan məhkəmə belə "ƏM" hüquqlarının pozuntusunu dayandırmaq üçün əmr verə bilmirsə və ya belə bir iradəyə malik deyilsə Siz BlackBerry Şirkətinin belə "ƏM" hüquqlarının pozuntusu baş verdiyi müddətdə Sizdən hər gün üzrə $500 məbləğində itkilərə görə müəyyən olunmuş kompesasiya almaq hüququna malik olacağını təsdiq edirsiz.

15. Xitamın Qüvvəyə Minməsi. Bu Müqaviləyə xitam verildikdə mənşəyindən asılı olmayaraq BBM Solution proqramı və ya digər Xidmətin Sizə göstərilməsinin və ya sizin BBM Solution Proqramı üzrə abunənizin və ya istifadə üçün pulsuz sınaq müddətiniz və ya onun istənilən bir hissəsinin vaxtı bitdikdə və ya ona xitam verildikdə: (a)Siz BBM Solution Proqramından bütün istifadəni dərhal dayandıracaq və mülkiyyətinizdə və ya nəzarətinizdə olan təsir altına düşmüş proqram təminatının bütün surətlərini siləcək və ya bu Müqaviləyə xitam verilməyən hallarda lisenziyasının vaxtı qurtarmış məhsuldan (məhsullardan) istifadə etməyi və ya Xidmətlərdən söz düşdükdə aidiyyəti xidmətin göstərilməsini dərhal dayandırcaqsınız; və (b) BlackBerry şirkətinin sizə heç bir xəbərdarlıq etmədən belə bir Proqram Təminatı və/və ya Xidmət istiqamətində və ya ondan məlumatların ötürülməsinin qarşısını almaq hüququ olacaqdır. BBM Solution Proqramından və ya onun istənilən hissəsindən istifadə lisenziyasına xitam verildikdə və ya onun vaxtı qurtardıqda siz sizə xəbərdarlıq edilmədən BlackBerry şirkətinə BBM Solution Proqramı və ya onun istənilən hissəsi üzrə hesabınızla əlaqəli faylları, proqramları, məlumat və mesajları silməyə səlahiyyət verirsiz. Xitam vermə tarixi də nəzərə alınmaqla BBM Solution Proqramının təsir altına düşmüş hissəsi və ya Üçüncü Tərəf Məhsulları ilə əlaqəli ödənilməli olan bütün məbləğlərin ödənilməsinə görə, o, cümlədən tərəfinizdən təsdiq olunmuş ödəniş üsuluna görə tutulan məbləğlərə görə məsuliyyət sizin üzərinizdə qalmalıdır. Bu Müqaviləyə həmin Müqavilənin şərtlərinə uyğun olaraq BlackBerry şirkəti tərəfindən xitam verildiyi halda Siz BlackBerry şirkətinə bu Müqavilə üzrə hüquqlarnın həyata keçirilməsində çəkdiyi bütün xərcləri (o, cümlədən vəkilin tutulması üçün çəkilmiş ağlabatan xidmət haqqları və xərcləri) və aidiyyəti məsrəfləri ödəyəcəksiz.

16. BBM Solution Proqramınız üzrə Məsuliyyət. Siz öz BBM Solution Proqramından istifadənizə görə məsuliyyət daşıyırsız və Siz tərəfinizdən BBM Solution Proqramnının istifadəsindən baş vermiş və çəkilmiş istənilən zərər, itki, xərclər və ya digər məsrəflərə (o, cümlədən vəkillərin tutulmasına çəkilmiş ağlabatan xərclər) görə, o, cümlədən bu Müqavilənin və ya bu Müqaviləyə edilən istənilən Əlavənin istənilən şərtinin tərəfinizdən pozulmasına ("İtkilər") və üçüncü tərəf tərəfindən qaldırılan iddialar və ya prosesual hərəkətlərdən qaynaqlanan istənilən itkilərə görə BlackBerry şirkəti, BlackBerry şirkətlər qrupu və onların təchizatçıları, davamçıları, nümayəndələri, səlahiyyətli distribyutorları (o, cümlədən mobil operatorlar) və hüquqi varisləri və onların hər birinin direktorları, mütəxəssisləri, əməkdaşları və müstəqil podratçıları qarşısında məsuliyyət daşımağa və onlara kompensasiya ödəməyə razılaşırsız. Burada BlackBerry şirkətinə verilmiş heç bir hüquqi müdafiə vasitəsi Müqavilədə nəzərdə tutulmuş və ya qanun və ya ədalət hüququna görə digər hüquqi müdafiə vasitəsini istisna etmək üçün nəzərdə tutulmur və belə şərh olunmamalıdır və bütün hüquqi müdafiə vasitələri qanun tərəfindən müəyyən olunan bir-birini tamamlayan əlavə vasitələr kimi nəzərə alınmalıdır.

17. Zəmanət; Hüquqlardan İmtina.

BƏZİ YURİSDİKSİYALARIN QANUNLARINA GÖRƏ İSTEHLAKÇILARLA BAĞLANAN MÜQAVİLƏLƏRDƏ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASINA VƏ YA ZƏMANƏTLƏR, ŞƏRTLƏR, TƏSDİQLƏR, QARANTİYALAR VƏ TƏMİNATLARIN ÇIXARILMASINA İCAZƏ VERİLMƏYƏ BİLƏR VƏ SİZ İSTEHLAKÇİ OLDUĞUNUZ HALDA BU İSTİSNALAR SİZƏ ŞAMİL OLUNMAYA BİLƏR.

(a) BBM Solution Proqramı. BlackBerry şirkəti BBM Solution proqramını müvafiq ehtiyat tədbirlərini görərək və bacarıqlarını tətbiq edərək təqdim edəcəkdir. BlackBerry şirkəti BBM Solution proqramı barədə istənilən digər vəd və zəmanətləri vermir və xüsusilə:
(i) Sizin BBM Solution Proqramından fasiləsiz, səhvsiz və ya davamlı istifadə edəcəyinizə; və ya
(ii) Tərəfinizdən və ya sizə göndərilən və ya tərəfinizdən və ya adınızdan yaddaşa verilən istənilən mesajlar, məzmun və informasiyanın itməyəcəyinə, hücuma məruz qalmaycağına, viruslara yoluxmayacağına, müdaxilə edilməyəcəyinə, haker hucumları və ya təhlükəsizliyi pozan digər amillərin qurbanı olmayacağına və ya dəqiq, təhrifə uğramamış formada və ya ağlabatan müddət çərçivəsində ötürülməsinə zəmanət və ya digər oxşar təminat vermir.

(b) Ümumi Zəmanətlər
(i) BU MÜQAVİLƏDƏ NƏZƏRDƏ TUTULAN HALLAR İSTİSNA OLMAQLA TƏTBİQ OLUNAN QANUNVERİCİLİYƏ GÖRƏ İCAZƏ VERİLƏN MAKSİMUM HƏDDƏ AÇIQ ŞƏKİLDƏ BİLDİRİLƏN VƏ YA NƏZƏRDƏ TUTULAN BÜTÜN ŞƏRT, TƏSDİQ, QARANTİYA, TƏMİNATLAR VƏ YA ZƏMANƏTLƏRDƏN, O, CÜMLƏDƏN DAVAMLILIQ, XÜSUSİ MƏQSƏD VƏ YA İSTİFADƏ, KOMMERSİYA YARARLIĞI, KOMMERSİYA KEYFİYYƏTİ, HÜQUQLARIN POZULMAMASI, QƏNAƏTBƏXŞ KEYFİYYƏT, MÜLKİYYƏT HÜQUQU VƏ YA "ƏSASLI QÜSURLAR" ÜZRƏ TƏTBİQ OLUNAN QANUNVERİCİLİKDƏ MÜƏYYƏN OLUNDUĞU KİMİ ŞƏRT, TƏSDİQ, QARANTİYA VƏ TƏMİNATLARDAN (O, CÜMLƏDƏN BOSNİYA VƏ HERSEQOVİNA REZİDENTİ OLDUĞUNUZ HALDA BOSNİYA VƏ HERSEQOVİNANIN ÖHDƏLİKLƏR HAQQINDA VAXT AŞIRI DÜZƏLİŞ OLUNAN QANUNU; VƏ YA XORVATİYA REZİDENTİ OLDUQDA XORVATİYANIN ÖHDƏLİKLƏR HAQQINDA VAXT AŞIRI DÜZƏLİŞ OLUNAN QANUNVERİCİLİK AKTI (ZAKON O OBVEZNIM ODNOSIMA, NN 3512005), MƏXSUSİ İLƏ TƏTBİQ OLUNAN QANUNVERİCİLİK TƏRƏFİNDƏN QADAĞAN OLUNMUŞ VƏ YA QANUN VƏ YA ADƏT ƏNƏNƏDƏN VƏ İŞ BAŞINDAN VƏ YA TİCARƏTİN İSTİFADƏSİNDƏN DİGƏR FORMADA QAYNAQLANAN HALLAR İSTİSNA OLMAQLA VƏ İSTƏR AÇIQ ŞƏKİLDƏ BİLDİRİLƏN İSTƏRSƏ DƏ NƏZƏRDƏ TUTULAN İSTƏNİLƏN NÖVƏ AİD OLAN BÜTÜN DİGƏR ZƏMANƏT, TƏMİNAT, ŞƏRT, TƏSDİQ VƏ QARANTİYALARDAN İMTİNA OLUNUR VƏ ONLAR İSTİSNA OLUNUR.
(ii) Tətbiq olunan qanunvericiliyə görə icazə verilən maksimum həddə yuxarıda qeyd olunmuş qaydada proqram təminatına aid nəzərdə tutulan istənilən zəmanət, təsdiq, qarantiya, təminat və ya şərtləri istisna etmək mümkün olmadıqda, lakin onları məhdudlaşdırmaq imkanı olduqda onlar proqram təminatı tərəfinizdən Cihazınıza yükləndiyi tarixdən doxsan (90) günlük müddətə məhdudlaşacaqlar.

(c) Üçüncü Tərəf Məhsulları və Xidmətləri, Linklə Əlaqələndirilən Saytlar.
(i) TƏTBİQ OLUNAN QANİNVERİCİLİK TƏRƏFİNDƏN XÜSUSİ OLARAQ QADAĞAN OLUNMUŞ HALLAR İSTİSNA OLUNMAQLA ÜÇÜNCÜ TƏRƏF XİDMƏT VƏ MƏHSULLARI BLACKBERRY ŞİRKƏTİNİN NƏZARƏTİ ALTINDA OLMUR. BLACKBERRY ŞİRKƏTİ XÜSUSİ ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ XİDMƏTLƏRİNDƏN İSTİFADƏNİ DƏSTƏKLƏMİR VƏ ŞİRKƏT TƏRƏFİNİZDƏN ÜÇÜNCÜ TƏRƏF XİDMƏT VƏ YA MƏHSULLARININ SEÇİMİNƏ, İSTİFADƏSİNƏ, ONLARA ÇIXIŞ ƏLDƏ EDİLMƏSİNƏ VƏ YA ONLARIN İŞLƏNİLMƏSİNƏ GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.
(ii) (A) SİZİN ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ/VƏ YA XİDMƏTLƏRİNƏ NECƏ ÇIXIŞ ƏLDƏ ETMƏYİNİZDƏN, YƏNİ MÜSTƏQİL QAYDADA VƏ YA BLACKBERRY ŞİRKƏTİ VƏ YA MOBİL OPERATORUNUZ VASİTƏSİLƏ ÇIXIŞIN ƏLDƏ ETMƏYİNİZDƏN; VƏ YA (B) BBM SOLUTİON PROQRAM TƏMİNATINIZIN BÜTÖVLÜKLƏ VƏ YA BİR HİSSƏSİNİ İSTİFADƏ ETMƏK ÜÇÜN İSTƏNİLƏN ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ YA XİDMƏTLƏRİNİN TƏLƏB OLUNMASINDAN ASILI OLMAYARAQ YUXARIDAKI MÜDDƏA TƏTBİQ OLUNACAQDIR.
(iii) TƏTBİQ OLUNAN QANUNVERİCİLİK TƏRƏFİNDƏN MƏXSUSİ İLƏ QADAĞA OLUNAN HALLAR İSTİSNA OLMAQLA YUXARIDA QEYD OLUNAN MÜDDƏALARIN ÜMUMI MƏNASINI MƏHDUDLAŞDIRMADAN BÜTÜN ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ XİDMƏTLƏRİ ISTƏNILƏN NÖV ŞƏRT, DƏSTƏK, QARANTIYA, TƏMINAT VƏ YA ZƏMANƏT OLMADAN "MÖVCUD DURUM" ƏSASINDA BLACKBERRY TƏRƏFİNDƏN TƏMİN OLUNUR VƏ YA ONLARA ŞİRKƏT VASİTƏSİLƏ ÇIXIŞ TƏMİN OLUNUR VƏ YA BBM SOLUTİON PROQRAM TƏMİNATI İLƏ ƏLAQƏDAR TƏRƏFİNİZDƏN ONLARDAN DİGƏR QAYDADA ISTIFADƏ OLUNUR VƏ BLACKBERRY ŞIRKƏTI SIZIN ADINIZDAN VƏ YA VASITƏNIZLƏ IDDIA QALDIRAN ÜÇÜNCÜ TƏRƏFIN VƏ SIZIN QARŞINIZDA ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ YA XIDMƏTLƏRINƏ AID ISTƏNILƏN MƏSƏLƏYƏ GÖRƏ, O, CÜMLƏDƏN: (A) BELƏ ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ YA XIDMƏTLƏRININ VƏ YA BELƏ BIR GIRIŞI TƏMIN ETMƏK ÜÇÜN SIRF LAYIHƏLƏNDIRILMIŞ PROQRAM TƏMINATININ DƏQIQLIYI, ÖTÜRÜLMƏSI, VAXTINDA ÇATDIRILMASI VƏ YA DAVAMLI MÖVCUD OLMASINA; (B) ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ YA XIDMƏTLƏRININ ISTISMAR TƏRLƏBLƏRINƏ CAVAB VERMƏSI VƏ YA VERMƏMƏSINƏ; VƏ YA (C) ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ YA XIDMƏTLƏRININ BÜTÖVLÜKLƏ VƏ YA QISMƏN SIZIN BBM SOLUTION PROQRAMI ILƏ QARŞILIQLI ƏLAQƏSINƏ; VƏ YA (D) ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ YA XIDMƏTLƏRI ILƏ ƏLAQƏLI ISTƏNILƏN ÜÇÜNCÜ TƏRƏFIN HƏRƏKƏTLƏRI VƏ YA HƏRƏKƏTSIZLIYINƏ, O, CÜMLƏDƏN ÜÇÜNCÜ TƏRƏFIN SIZIN MƏLUMATLARDAN ISTIFADƏ ETMƏSINƏ GÖRƏ HEÇ BİR MƏSULIYYƏT DAŞIMIR
(iv) TƏTBİQ OLUNAN QANUNVERİCİLİK TƏRƏFİNDƏN MƏXSUSİ İLƏ QADAĞA OLUNAN HALLAR İSTİSNA OLMAQLA YUXARIDA QEYD OLUNMUŞ MÜDDƏALARIN ÜMUMI MƏNASINI MƏHDUDLAŞDIRMADAN SIZ BLACKBERRY ŞIRKƏTININ ISTƏNILƏN VIRUSLARA VƏ YA ISTƏNILƏN ÜÇÜNCÜ TƏRƏFIN ƏQLI MÜLKIYYƏT HÜQUQLARINI POZAN ÜÇÜNCÜ TƏRƏFLƏRDƏN TÖRƏNƏN HƏDƏLƏNDIRICI, IFTIRALI,NALAYIG, ZIYANKAR, TƏCAVÜZKAR VƏ YA QEYRI-QANUNI MƏHSUL VƏ XIDMƏTLƏRƏ VƏ YA ONLARIN ÖTÜRÜLMƏSINƏ GÖRƏ MƏSULIYYƏT DAŞIMAYACAĞINA RAZILIQ VERIRSIZ. ÜÇÜNCÜ TƏRƏF MƏHSUL VƏ YA XIDMƏTLƏRI ILƏ ƏLAQƏLI BELƏ BIR IDDIANIN QALDIRILMASI HALIDA SIZIN ƏL ATACAĞINIZ HÜQUQI VASITƏLƏR SIRF HƏMIN AIDIYYƏTI ÜÇÜNCÜ TƏRƏFLƏRƏ QARŞI YÖNƏLMƏLIDIR.

(d) Məsul Tapşırıqlrın İcrası üçün Proqramlardan İstifadə. SİZİN BBM SOLUTİON PROQRAMINIZ VƏ YA ONUN İSTƏNİLƏN HİSSƏSİ MƏSUL TAPŞIRIQLARIN İCRASI ÜÇÜN VƏ YA TƏHLÜKƏLİ VƏ YA QƏZAYA DAVAMLI ŞƏRAİTDƏ İSTİSMARI TƏLƏB EDƏN MÜHİTDƏ, O, CÜMLƏDƏN ATOM OBYEKTLƏRİNİN İDARƏ EDİLMƏSİNDƏ, HAVA NƏQLİYYATININ NAVİQASİYASI VƏ YA KOMMUNİKASİYA SİSTEMLƏRİNDƏ, HAVA NƏQLİYYATINA NƏZARƏT XİDMƏTİNDƏ, NƏFƏS VERMƏ AVADANLIQLARINDA, SİLAH SİSTEMLƏRİNDƏ, QƏZA MAYAKLARI VƏ YA DİGƏR FÖVQƏLADƏ SİSTEMLƏRDƏ İSTİFADƏ ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB. SİZ ADEKVAT MƏLUMAT BƏRPA VƏ EHTİYAT SİSTEMLƏRİNİN SAXLANMASINA TƏMİNAT VERİRSİZ VƏ: (i) İSTİFADƏ VƏ YA XİDMƏTİN DAYANMASI; VƏ YA (ii) MƏLUMATLARIN ÖTÜRÜLMƏSİNDƏ ÇƏTİNLİKLƏRİN YAŞANMASI; VƏ YA (iii) MƏLUMATLARIN İTKİSİ VƏ YA TƏHRİF OLUNMASI HALINDA SİZ İSTƏNİLƏN VƏ BÜTÜN İTKİ VƏ ZƏRƏRLƏRİ DƏRHAL ARADAN QALDIRMAĞA VƏ BU KİMİ MƏSƏLƏLƏR BARƏDƏ BLACKBERRY ŞİRKƏTİNƏ MƏLUMAT VERMƏYƏ RAZILIQ VERİRSİZ. HÜQUQLARDAN İMTİNA İLƏ BAĞLI MADDƏ 18(b)-də QEYD OLUNMUŞLARIN ÜMUMİ MƏNASINI MƏHDUDLAŞDIRMADAN BLACKBERRY ŞİRKƏTİ HEÇ BİR HALDA MƏSUL TAPŞIRIQLARIN İCRASI ÜÇÜN PROQRAMLAR ÜÇÜN VƏ YA TƏHLÜKƏLİ VƏ QƏZAYA DAVAMLI ŞƏRAİTDƏ İSTİSMARI TƏLƏB EDƏN MÜHİTDƏ İSTİFADƏ ÜÇÜN BBM SOLUTİON PROQRAM TƏMİNATI VƏ YA ONUN İSTƏNİLƏN HİSSƏSİNDƏN TƏRƏFİNİZDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ TÖRƏNMİŞ İSTƏNİLƏN ZƏRƏRLƏRƏ GÖRƏ BU ZƏRƏRLƏRİN ƏVVƏLCƏDƏN PROQNOZLAŞDIRILMASI VƏ YA PROQNOZLAŞDIRILMAMASINDAN ASILI OLMAYARAQ VƏ HƏTTA BU CÜR ZƏRƏRLƏRİN BAŞ VERMƏ EHTİMALI BARƏDƏ BLACKBERY ŞİRKƏTİNƏ MƏLUMAT VERİLDİYİ TƏQDİRDƏ MƏSULİYYƏT DAŞIMAYACAQDIR.

(e) iTunes Mağazasından əldə edilmiş proqram təminatı. iTunes Mağazasından əldə edilmiş istənilən proqram təminatı ilə əlaqədar, proqram təminatının tətbiq olunan istənilən zəmanətin qaydalarına riayət edə bilməməsi halında Siz Apple şirkətinə məlumat verə bilərsiz, Apple şirkəti isə öz növbəsində tərəfinizdən Proqram Təminatının surəti üçün ödədiyiniz qiyməti sizə kompensasiya edəcəkdir və Apple şirkətinin istənilən digər zəmanətin tələblərinə riayət etməmə hallarına aid oluna bilən iddia, itki, məsuliyyət, zərər, xərclər və məsrəflərə görə heç bir əlavə məsuliyyət daşımayacaqdır.

18. Öhdəliklər üzrə məhdudiyyətlər.

BƏZİ ÖLKƏLƏR MÜŞTƏRİLƏR İLƏ BAĞLANAN MÜQAVİLƏLƏRDƏ BİRBAŞA, DOLAYI VƏ YA DİGƏR ZƏRƏRLƏRƏ GÖRƏ HEÇ BİR MƏHDİYYƏTƏ VƏ YA İSTİSNALARA İCAZƏ VERMİR. BELƏLİKLƏ DƏ BU BÖLMƏDƏ OLAN MƏHDİYYƏTLƏR VƏ YA İSTİSNALAR BİR MÜŞTƏRİ KİMİ SİZƏ ŞAMİL OLUNMAYA BİLƏR.

(a) MÜVAFİQ QANUNVERİCLİYİN VERDİYİ MAKSİMUM İMKANLAR VƏ BU MÜQAVİLƏDƏ MÜƏYYƏN OLUNMUŞ XÜSUSİ MÜDDƏALARA ƏSASAN BLACKBERRY HEÇ BİR HALDA AŞAĞIDA GÖSTƏRİLƏN NÖV ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: BİRBAŞA VƏ YA QEYRİ-BİRBAŞA, CƏZA TƏZMİATI, XÜSUSİ, MƏNƏVİ VƏ XÜSUSİ İLƏ AĞIR OLAN ZƏRƏRLƏR, BİZNES GƏLİRLƏRİNİN İTKİSİ İLƏ ƏLAQƏDAR ZƏRƏRLƏR, GÖZLƏNİLƏN BİZNES GƏLİRLƏRİNİN MİQDARINI MÜƏYYƏN EDƏ BİLMƏMƏK, BİZNES MƏLUMATLARININ VƏ BİZNES İMKANLARININ İTKİSİ VƏ YA MƏLUMATLARIN İKTİSİ, MƏLUMATLARIN İTKİSİ VƏ KORLANMASI, MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR YARANMIŞ BOŞLUQLAR, HƏR HANSI MƏLUMATI ÖTÜRMƏK VƏ YA QƏBUL ETMƏKLƏ BAĞLI MEYDANA GƏLMİŞ XƏTALAR, BBM SOLUTİON İLƏ BİRLİKDƏ VƏ YA QİSMƏN İSTİFADƏ OLUNAN İSTƏNİLƏN PROQRAMLARLA ƏLAQƏDAR OLAN PROBLEMLƏR, BLACKBERRY XARİCİNDƏ SİZİN İSTİFADƏ ETDİYİNİZ BBM SOLUTİON ÜZƏRİNDƏ İSTƏNİLƏN DƏYİŞİKLİK VƏ YA DƏYİŞİKLİK CƏHDİ, XİDMƏTİN İSTİFADƏSİZ OLMASI HALINDA İTİRİLƏN XƏRCLƏR, BBM SOLUTİONDAN, ÜÇÜNCÜ TƏRƏF TƏRƏFİNDƏN TƏQDİM OLUNAN XİDMƏTLƏR VƏ YA PROQRAMLARDAN TAM VƏ YA QİSMƏN İSTİFADƏ EDƏ BİLMƏMƏ, ƏVƏZEDİCİ MƏHUSULLARIN XƏRCLƏRİ, RESURSLAR VƏ YA XİDMƏTLƏR ÜZRƏ XƏRCLƏR, SƏRMAYYƏ XƏRCLƏRİ, BU KİMİ ZƏRƏRLƏRİN ƏVVƏLCƏDƏN TƏXMİN EDİLİB EDİLMƏMƏSİNDƏN VƏ HƏTTA BLACKBERRY-NİN BU KİMİ ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ BARƏSİNDƏ ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏSİNDƏN ASILI OLMAYARAQ, BBM SOLUTİONDAN İSTİFADƏ, İSTİFADƏ EDƏ BİLMƏMƏ, ONUN İŞLƏMƏSİ VƏ YA İŞLƏMƏMƏSİ DƏ DAXİL OLMAQLA BU MÜQAVİLƏ İLƏ VƏ YA BBM SOLUTİON İLƏ MEYDANA ÇIXAN DİGƏR BÜTÜN OXŞAR MALİYYƏ ZƏRƏRLƏRİ.

(b) Müvafiq qanunvericiliyin icazə verdiyi maksimum çərçivədə BlackBerry-nin ümumi məsuliyyəti heç bir halda göstərilənlərdən artıq ola bilməz: (i) müzakirə mövzusu olan Proqrama görə ödənilmiş məbləğ; (ii) müzakirə mövzusu olan Ödənişli Xidmətin müvafiq mərhələsi üçün ödənilmiş məbləğ və (iii) beş (5) ABŞ dolları.
(c) Müvafiq qanunvericiliyin icazə verdiyi və bu Müqavilə ilə BlackBerry-nin Sizin ilə münasibətdə öz üzərinə götürdüyü məsuliyyətlərin maksimum imkanları nəzərə alınmaqla Blackberry yalnız istifadə etdiyiniz BBM Solution-un bu kimi xətaları, gecikmələri və ya işləməməsi dövründə yaranmış zərərlərə görə məsuliyyət daşıyır.
(d) Birbaşa olaraq Blackberry-nin məsuliyyətsiz davranması nəticəsində baş vermiş ölüm və bədən xəsarətləri hadisələri zamanı bu Paraqrafda olan heç bir müddəa BlackBery-nin məsuliyyətini məhdudlaşdırmır və bu halda BlackBerry tərəfindən istənilən zərərə görə ödəniləcək məbləğin miqdarı Sizin və digər tərəfin köməkliyi ilə azaldıla bilər.
(e) MÜVAFİQ QANUNVERİCİLİYİN İCAZƏ VERDİYİ MAKSİMUM ÇƏRÇİVƏDƏ, HƏR BİR TƏRƏF YALNIZ BU MÜQAVİLƏDƏ AÇIQ-AŞKAR BƏYAN EDİLMİŞ ŞƏRTLƏR ÇƏRÇİVƏSİNDƏ BİRİ-BİRİLƏRİNƏ QARŞI MƏSULİYYƏT DAŞIYACAQLAR VƏ HEÇ BİR HALDA DİGƏR KONTRAKTLAR, HÜQUQİ ƏSASI OLMAYAN RAZILAŞMALAR VƏ YA SƏNƏDLƏR ƏSASINDA BİRİ-BİRİLƏRİNƏ QARŞI HEÇ BİR MƏSULİYYƏT VƏ ÖHDƏLİKLƏR DAŞIMAYACAQLAR.
(f) MÜVAFİQ QANUNVERİCİLİYİN İCAZƏ VERDİYİ MAKSİMUM ÇƏRÇİVƏDƏ, BU MÜQAVİLƏ İLƏ MÜƏYYƏN OLUNMUŞ MƏHDUDİYYƏTLƏR, İSTİSNALAR VƏ MƏSULİYYƏTDƏN İMTİNALAR (i) SİZİN TƏRƏFİNİZDƏN TÖRƏDİLƏN MƏSULİYYƏTSİZLİK, POZUNTULAR, MƏSULİYYƏTİN SƏRTLƏŞDİRİLMƏSİ, KONTRAKTIN VƏ YA İSTƏNİLƏN DİGƏR HÜQUQİ NƏZƏRİYYƏNİN POZULMASI VƏ S. DAXİL OLMAQLA HƏMİN HƏRƏKƏTLƏRİN SƏBƏBLƏRİNİN XÜSUSİYYƏTİNDƏN ASILI OLMAYARAR ŞAMİL OLUNACAQDIR; (ii) MÜQAVİLƏNİN MƏQSƏDİNİN VƏ MÜQAVİLƏNİN EHTİVA ETDİYİ DİGƏR VASİTƏLƏRİN ƏSASLI ŞƏKİLDƏ POZULMASI HALINDA ÜSTÜNLÜYÜNÜ QORUMAĞA DAVAM EDƏCƏKDİR; (iii) BU SƏNƏDDƏ MÜƏYYƏN EDİLMİŞ TƏZMİNAT ÖHDƏLİKLƏRİNƏ, HƏR HANSI TƏRƏF TƏRƏFİNDƏN DİGƏRİNİN ƏQLİ MÜLKİYYƏT HÜQUQUNUN POZULMASI VƏ SUİ-İSTİFADƏSİ, BU MÜQAVİLƏNİN "BBM SOLUTİON-DAN İSTİFADƏ QAYDALARI (2-Cİ BÖLMƏ), 2) "PROQRAMDAN İSTİFADƏ" (3-CÜ BÖLMƏ), "ƏQLİ MÜLKİYYƏT" (9-CU BÖLMƏ), "İXRAC, İDXAL, İSTİFADƏ MƏHDUDİYYƏTLƏRİ, VƏ ABŞ HÖKUMƏTİNİN LİSENZİYALARI" (10-CU BÖLMƏ), "MƏXFİLİK VƏ PROQRAM TƏMİNATINA MÜDAXİLƏLƏR" (12-Cİ BÖLMƏ) VƏ "İSTİFADƏÇİ MƏLUMATLARI" (20-Cİ BÖLMƏ), ADLI BÖLMƏLƏRİNİN POZULMASI HALINDA ŞAMİL OLUNMAYACAQDIR VƏ (iv) ÜMUMİLİKDƏ BLACKBERRY VƏ YA BLACKBERRY ŞİRKƏTLƏR QRUPUNA, ONLARIN QANUNİ VARİSLƏRİNƏ, DAVAMÇILARINA, VƏ SƏLAHİYYƏTLİ BLACKBERRY DİSTRİBYUTORLARINA (PROQRAMIN RƏSMİ BLACKBERRY DİSTRİBYUTORLARI KİMİ FƏALİYYƏT GÖSTƏRƏN AİRTİME XİDMƏT PROVAYDERLƏRİ DAXİL OLMAQLA) ŞAMİL OLUNACAQDIR.
(g) HEÇ BİR HALDA BLACKBERRY ŞİRKƏTLƏR QRUPUNUN İSTƏNİLƏN HƏR HANSI MƏSUL İŞÇİSİ, DİREKTORU, İŞƏ GÖTÜRƏNİ, NÜMAYƏNDƏSİ, DİSTRİBYUTORU, TƏCHİZATÇISI (TƏKLİF İLƏ ÇIXIŞ EDƏN SATICILARDAN BAŞQA), XİDMƏT PROVAYDERİ, MÜSTƏQİL PODRATÇISI VƏ YA İSTƏNİLƏN AIRTIME XİDMƏTİ PROVAYDERİ (YUXARIDA GÖSTƏRİLƏNLƏR İSTİSNA OLMAQLA) BU MÜQAVİLƏ İLƏ ƏLAQƏDAR VƏ BU MÜQAVİLƏDƏN YARANAN MƏSULİYYƏTƏ GÖRƏ CAVABDEHLİK DAŞIYA BİLMƏZ.
(h) SİZ TƏSDİQ EDİR VƏ RAZILAŞIRSINIZ Kİ, BU MÜQAVİLƏ İLƏ MÜƏYYƏN OLUNMUŞ MƏSULİYYƏTDƏN İMTİNALAR, İSTİSNALAR VƏ MƏHDUDİYYƏTLƏR TƏRƏFLƏRİN RAZILIĞININ ƏSAS MƏĞZİNİ TƏŞKİL EDİR VƏ BU KİMİ MƏSULİYYƏTDƏN İMTİNALARIN, İSTİSNALARIN VƏ MƏHDUDİYYƏTLƏRİN MÖVCUD OLMAMASI HALINDA (i) BU MÜQAVİLƏDƏ GÖSTƏRİLMİŞ ÖDƏNİŞLƏR VƏ ŞƏRTLƏR KİFAYƏT QƏDƏR FƏRQLİ OLACAQDIR, (ii) BU MÜQAVİLƏ ƏSASINDA BLACKBERRY-NİN SİZƏ ETDİYİ TƏKLİFLƏRƏ VƏ SİZİN BBM SOLUTİON-DAN, PROQRAMLARDAN VƏ BU MÜQAVİLƏ ƏSASINDA TƏQDİM OLUNAN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZƏ VƏ ELƏCƏ DƏ BLACKBERRY-NİN BBM SOLUTION XİDMƏTİNİZ VASİTƏSİLƏ SİZƏ TƏQDİM ETDİYİ DİGƏR ÜÇÜNCÜ TƏRƏF PROQRAMLARINA VƏ XİDTMƏTLƏRİNƏ TƏSİR EDƏCƏKDİR.

19. Məlumatların toplanmasına, istifadəsinə, işlənməsinə (və ya emalına), ötürülməsinə, saxlanılmasına və açıqlanmasına verilən razılıq

BlackBerry Şirkətlər Qrupu və ya onun xidmət təchizatçıları tərəfindən işlənilən məlumatlar BlackBerry-nin Məxfilik Siyasəti ilə tənzimlənir. (Məxfilik Siyasəti bu Müqaviləyə istinad kimi əlavə edilmişdir. Məxfilik Siyasətini www.blackberry.com/legal səhifəsindən oxumaq və ya legalinfo@blackberry.com ünvanına məktub yazaraq əldə etmək mümkündür). Əgər Siz Avropa Birliyinə və ya Avropa İqtisadi Birliyinə üzv olan ölkədən bu Müqaviləyə daxil olursunuzsa Sizin şəxsi məlumatlarınıza bu Müqavilə ilə münasibətə girmiş olduğunuz BlackBerry qurumu tərəfindən nəzarət ediləcəkdir.

(a) Şəxsi məlumatlar. Sizin BBM Solution-dan (və ya onun hər hansı bir hissəsindən), eləcə də, proqramın quraşdırılması və istifadəsi, BBM Solution ilə əlaqədar olan Airtime Xidmətləri və ya BlackBerry İD-sinin yaradılması Sizin üçün nəzərdə tutulmuş qanun ilə müəyyən olunduğu kimi (Biznes subyekti və ya hüquqi şəxs olduğunuz halda Sizə məxsus BBM Solution-dan işçilərinizin və digər şəxslərin BBM Solution-dan Sizin adınızdan (ümumi şəkildə "İstifadəçilər) istifadəsinə icazə verdikdə) Sizin məlumatların BlackBerry Şirkətlər Qrupu, Sizin Airtime Xidmət Provayderiniz, sizə məxsus BBM Solution tərəfindən istifadə olunan məhsullar və xidmətlər tərəfindən işlənməsi ilə nəticələnə bilər. İstifadə etdiyiniz Xidmətlərdən asılı olaraq şəxsi məlumatlara, adınız, ekran şəkliniz, statusunuz, şəxsi mesajlarınız, elektron poçt ünvanınız, telefon nömrəniz, üstünlük verdiyiniz proqram dili, BlackBerry İD-niz, hesab məlumatlarınız və parametrləriniz, cihaz məlumatlarınız (misal üçün cihazın identifikasiyası və modeli), ölkəniz və saat qurşağınız, Airtime Xidmət Provayderi məlumatlarınız, Sizin BBM Solution və Xidmətlərinizin funksionallığından istifadəniz, Sizin BBM Solution xidmətiniz ilə bərabər istifadə olunan proqram təminatı və cihaz avadanlıqları barəsində məlumatlar daxil ola bilər. BBM Solution-da olan funksiyaların mövcudluğundan asılı olaraq, ünvan kitabçası, cihazın yerləşmə yeri, təqvim, şəkillər və xatırlatmalar barəsində məlumatlar BBM Solution tərəfindən əldə oluna və BBM Solutions-un bir hissəsi kimi və ya onunla əlaqədar bir şəkildə bu məlumatlardan istifadə olunaraq funksionallıq təqdim edə bilmək üçün BlackBerry tərəfindən işlənə bilər (misal üçün, Sizə "BBM-i tövsiyə et" e-poçtu və ya Sizin ünvan kitabçanızda olan əlaqə şəxslərinə SMS mesajının göndərilməsi). Siz təsdiq edirsiniz ki, BlackBerry şirkətlər qrupu bu kimi şəxsi məlumatları Sizdən birbaşa şəkildə, Airtime Xidmət Provayderiniz və yaxud Sizin BBM Solution xidmətiniz ilə birlikdə istifadə olunan digər üçüncü tərəf məhsullar və xidmətlər vasitəsilə toplaya bilər. Biznes subyekti və ya digər hüquqi şəxs olduğunuz halda təsdiq edirsiniz ki, Siz bütün icazələrin və razılıqların əldə olunmasını, Sizin BBM Solution xidmətiniz vasitəsilə Sizin İstifadəçilərin şəxsi məlumatlarının toplanmasını nəzərdə tutan 19-cu Bölmənin tələblərinə əsasan müvafiq razılıqların verilməsini təmin edəcəksiniz.

(b) Məqsədlər. BlackBerry-nin Məxfilik Siyasətinə uyğun olaraq şəxsi məlumatlar BlackBerry Şirkətlər Qrupu və onun xidmət təchizatçıları tərəfindən aşağıdakı məqsədlərlə istifadə oluna bilər (i) Sizin üçün BBM Solution xidməti BlackBerry İD-si təqdim edə bilmək üçün sizin ehtiyaclarını və tərcihlərinizi bilmək və onları qarşılamaq; (ii) yeni məhsullar yaratmaq, mövcud məhsul və xidmətləri inkişaf etdirmək və onlar barəsində Sizinlə əlaqə saxlamaq; (iii) BlackBerry Şirkətlər Qrupuna daxil olan biznes subyektlərini və əməliyyatları idarə etmək və inkişaf etdirmək; və (iv) hüquqi və digər tənzimləyici tələbləri qarşılamaq. Bundan başqa BlackBerry İstifadəçilər üçün nəzərdə tutulmuş Proqram, digər BlackBerry məhsulları və xidmətləri, üçüncü tərəf proqramları, üçüncü tərəf xidmətləri və digər əlaqədar məhsullar və proqramlarla əlaqədar yeniləmələr, təzələmələr və bu barədə bildirişlər hazırlayıb göndərə bilər.

(c) "Bulud" Xidmətləri. Siz bilirsiniz və təsdiq edirsiniz ki, BBM Solution, BlackBerry BlackBerry Şirkətlər Qrupu və onun xidmət təchizatçıları tərəfindən təqdim olunan özündə uzaqdan giriş, saxlama və ehtiyat nüsxələrin saxlanması funksiyalarını ehtiva edən "bulud" əsaslı mesajlaşma və digər xidmətlər təqdim edir və Siz razılaşırsınız ki, bu kimi xidmətlərdən istifadə, bu kimi xidmətlərdə daxil etdiyiniz məlumatlar (misal üçün ekran adları və şəkilləri, status mesajları, əlaqə şəxsləri siyahısı və ya qrup məlumatları, təqvim, tapşırıqlar və multimediya faylları kimi cihazda olan digər məlumatlar) Sizin BlackBerry ilə bağladığınız müqaviləyə müvafiq olaraq göstərilən xidmətlərin verilməsini asanlaşdırmaq üçün BlackBerry Şirkətlər Qrupu tərəfindən istifadə edilə bilər. Siz bəyan edərək zəmanət verirsiniz ki, bu kimi məlumatların BlackBerry-yə təqdim olunması üçün bütün lazımi razılıqlarınızı verirsiniz.

(d) Sosial Funksional xüsusiyyətlər. BBM Solution Sizı Özünüzü aşkar oluna bilən etməyə və digər şəxslərlə əlaqə yaratmağa və BlackBerry-nin təqdim etdiyi sosial funksional xüsusiyyətlərlə inteqrasiya olunan Xidmət və ya proqram təminatları ilə, və ya Üçüncü Tərəfin Proqram Təminatı və ya Üçüncü Tərəfin xidmətləri ilə olan təcrübələrinizi təkmilləşdirməyə və ya genişləndirməyə imkan verən "Sosial funksional xüsusiyyətlər"i əhatə edir. Siz belə bir funksional xüsusiyyətdən istifadə edərsinizsə, Siz razılaşırsınız ki, Sizin digərləri ilə qarşılıqlı fəaliyyətdə olmağınız və ya onlarla əlaqə yaratmaq üçün müsayit olmağınız digərlərinə göstərilə bilər və sizin profiliniz, göstərilən adınız, göstərilən şəkilləriniz, status ismarıclarınız, üzvlük statusunuz və digər identifikatorlarınız və ya informasiyanız belə şəxslər tərəfindən baxıla və ya şərh yazıla bilər. Məsələn, əgər Siz BBM social platforması ilə inteqrasiya olunmuş bir Xidmətdən və ya Üçüncü Tərəf Xidmətindən istifadə edirsinizsə, Siz razılaşırsınız ki, belə funksional xüsusiyyətlərin mövcud olduğu hallarda: (1) Sizin BlackBerry Messenger əlaqələriniz sizin belə bir Xidmət və ya Üçüncü Tərəf Xidmətindən istifadə edib-etmədiyinizi görə bilər, (ii) Sizin əlaqələriniz Sizin profilinizi və proqram təminatını və yüklədiyiniz və ya istifadə etdiyiniz və Xidmət və ya Üçüncü Tərəfin Xidmətinin bir hissəsi olaraq istifadə etdiyiniz, paylaşmaq üçün müsayit olan Məzmunu (məsələn, Xidmət və ya Üçüncü Tərəf Proqram təminatından asılı olaraq musiqi və ya digər media faylları) həmçinin Sizin və ya digərlərinin yazdıqları şərhləri görə bilərlər, (iii) Əlaqələriniz və ya yüklədikləri və ya Xidmət və ya Üçüncü Tərəfin Xidmətinin bir hissəsi olaraq istifadə etdikləri Məzmun üçün Siz şərh yazdıqda, Sizin haqqınızdakı məlumatı (məsələn, Sizin şərhləriniz, istifadəçi profil adınız və görünən şəkliniz) həmin şəxsin digər əlaqələrinə göstərilə bilər, və (iv) Sizin parametrləriniz və ya Xidmət və ya Proqram Təminatından istifadəniz əsasında tövsiyələr işləyib hazırlamaqdan ötrü təhlilləri yerinə yetirən avtomatlaşdırılmış funksional xüsusiyyətləri Xidmət və ya Üçüncü Tərəfin Xidməti əhatə edə bilər. Xahiş edirik, belə Xidmət və ya Proqram Təminatları üçün müsayit olma və məxfilik parametrlərini tənzimləməkdən ötrü mövcud opsiyaları üzrə şamil olunan Xidmət və Proqram Təminatları üzrə tətbiq oluna bilən parametrlərə baxın.

(e) Üçüncü Tərəfin Xidmətləri ilə İnteqrasiya. BBM Solution Üçüncü Tərəfin Xidmətlərinin (Airtime Services) işlədilməsini tələb edə bilər. Sizin BBM Solution-ın Üçüncü Tərəf Xidmətləri ilə (məsələn, ) inteqrasiya olunmasını və ya əlaqələndirilməsini seçsəniz (məsələn, Sizin BBM Solution-dan istifadənizi sosial şəbəkə ilə və ya üçüncü tərəflərin təklif etdiyi digər xidmətlərlə əlaqəli şəkildə dəstəkləyən xidmətlər), Siz BlackBerry-ni Üçüncü Tərəf Xidmətlərinə daxil olmaq üçün sizin identifikasiya göstəricilərinizdən sizin adınızdan istifadə etməyə və Sizin şəxsi və ya daxili məqsədlər üçün belə Üçüncü Tərəf Xidmətləri ilə əlaqədar sizin Şəxsi məlumatlarınızı emal etməyə avtorizə edirsiniz. Emal edilən məlumatlara aşağıdakılar daxil ola bilər: (i) Sizin BBM Solution ilə inteqrasiya etdiyiniz BlackbBerry İD-niz və ya hər hansı digər hesabın identifikasiya nömrəsi, şifrə(lər), əsilliyin yoxlanması jetonları və ya hər hansı digər belə üçüncü tərəf və ya digər hesab(lar) üçün identifikasiya göstəriciləri; (ii) sizin hesab profil məlumatınız, (məsələn, BlackBerry identifikasiya nömrəsi, göstərilən ad, şəxsi ismarıc, müsayitlik statusu, ölkə, saat qurşağı, vahid cihaz identifikatorları və s.); (iii) cihaz üzərindəki əlaqə nömrələriniz , (iv) Sizin proqram təminatı hesabınıza hansı üçüncü tərəf proqramları və ya xidmətlərinə qoşulmuş olmağınız; və (v) Sizin proqram təminatı hesabınıza qoşulmuş olduğunuz üçüncü tərəf proqramları və ya xidmətlərinədən istifadənizdən yaranan verilənlər (məsələn, Sizin proqram təminatının profil xanasında əks etdirilməsi üçün qoşulmuş olduğunuz üçüncü tərəf oyununda və ya proqramında nail olduğunuz yüksək xal, qoşulmuş Üçüncü Tərəf proqramı və ya xidməti çərçivəsində apardığınız ani mesaj danışıqlarından yaranan və Proqram təminatının ani mesaj funsional xüsusiyyətinin dəstəklədiyi ani mesaj verilənləri, və s. Siz həmçinin BlackBerry-ni şamil oluna bilən Üçüncü Tərəf Xidmət təchizatçılarına (o cümlədən, Airtime Service Providers) aktivləşdirmə, hesab yazma, təminat, xidmət, texniki xidmət və deaktivizə məqsədləri üçün şəxsi məlumatları açıqlamaq üçün avtorizə edirsiniz. Giriş həyata keçirilən belə Üçüncü Tərəf Xidmətləri BlackBerry-nin nəzarəti altında deyil. Sizin şəxsi məlumatlar sizin BBM Solution ilə istifadə edilən məhsul və ya xidmətlərlə Sizin Airtime Service Təchizatçınıza və ya üçüncü tərəflərə açıqlanarsa, bu tətbiq oluna bilən üçüncü tərəf müqavilə(lər)ilə və ya məxfilik siyasəti ilə şərtlənməli və Siz həmin Üçüncü tərəf Xidmətləri və ya Üçüncü Tərəf Proqram Təminatından istifadə etməzdən öncə bu şərtlərə baxmalısınız. Daha ətraflı məlumat üçün Siz Qurğunuzdakı proqram təminatı və ya bu Proqram təminatının opsiyalar və ya yardım menyusuna baxmalı və belə Üçüncü Tərəf Xidmətləri və Üçüncü Tərəf Proqram təminatındakı müvafiq yerlərdə verilmiş icazələri və mövcud nəzarət tədbirlərini tənzimləməlisiniz.

(f) Kukilər və oxşar texnologiyalar. BlackBerry Şirkətlər Qrupu həm Sizi həm də BlackBerry şirkətini qorumaq, Xidmətlərdən istifadəni asanlaşdırmaq və ya Sizin təcrübənizə uyğunlaşdırmaq məqsədilə Sizin sistemə daxil ola bilməyiniz və ya tədqiqatçılar tərəfindən istifadəçilərin Xidmətlərimizdən və BBM Solution funksiyalarından necə istifadə etdiyinə dair təsəvvür yaradılması və həmin funksiyaların yaxşılaşdırılması üçün "kukilərdən" (Sizin Cihazınızın yaddaşında saxlanan kiçik məlumat hissələri) və ya anonimləşdirilmiş məlumatlardan istifadə edən oxşar alətlərdən istifadə edir.

(g) Texniki yardım və keyfiyyət təminatı. Əgər texniki yardım üçün BlackBerry ilə əlaqə saxlayırsınızsa və ya e-poçt vasitəsilə və ya müvafiq qaydada BlackBerry tərəfindən təqdim edilmiş alətlərdən istifadə edərək diaqnostik xarakterli və ya digər texniki məlumatları BlackBerry şirkətinə göndərirsinizsə, Siz Cihaz tanıyıcılar, aparatın EN-si və model nömrəsi, yaddaş statusu, əməliyyat sistemi və ətraf sistemlərə dair məlumatlar, batareyanın statusu, Wi-Fi/WLAN, radio və ya simsiz qoşulmanın gücü və qoşulmuş sistemlər, yüklənmiş proqram əlavələrinin siyahısı, proqram əlavələrindən istifadəyə dair məlumatlar, cihazda işlək halda olan proseslərə dair verilənlər və cihazın konfiqurasiyası, sistemlə bağlı hadisələr və ya Sizin Cihazınızın və Sizin Cihazınızdakı Proqram təminatının vəziyətinə dair diaqnostika məqsədilə faydalı ola biləcək texniki məlumatların BlackBerry Şirkətlər Qrupu tərəfindən toplana biləcəyinə razılığınızı verirsiniz. Belə informasiyadan, BlackBerry Məxfilik Siyasətinə uyğun olaraq, nasazlıqların aradan qaldırılması, müştərilərə texniki yardım, proqram təminatının yenilənməsi və BlackBerry məhusllarının və xidmətlərinin təkmilləşdirilməsi məqsədilə istifadə olunacaq. Əgər təhlillər nəticəsində üçüncü tərəflərə aid məhsullardan istifadə edildiyi müəyyən edilərsə, BlackBerry tərəfindən nasazlıqların aradan qaldırılması prosesinin bir hissəsi kimi məhsulları təqdim edən üçüncü tərəfə bəzi diaqnostik xarakterli və ya texniki informasiyalar göndərilə bilər. Siz Blackberry və ya onun xidmət provayderləri ilə edilən zənglərin təlim, keyfiyyət təminatı, müştəri xidməti və sorğu məqsədilə qeydə alına biləcəyini qəbul edir və buna razılığınızı verirsiniz.

(h) Mesajların saxlanması. BBM Solution vasitəsilə göndərilən mesajların məzmunu BlackBerry tərəfindən normal iş gedişində saxlanılmır və ya arxivlənmir. BBM mesajları məlumat ötürmə xidməti vasitəsilə BlackBerry tərəfindən və ya onun adından idarə edilən serverlərə göndərilir və alan tərəf (lər) onlayn rejimdə olduqda onlara istiqamətləndirilir. Mesaj çatdırıldıqdan sonra, o artıq serverimizdə qalmır. Əgər alan tərəf(lər) onlayn rejimdə deyilsə, çatdırılmamış mesajlar göndərilənə qədər otuz (30) gün müddətində BlackBerry tərəfindən və ya onun adından idarə edilən serverlərdə saxlanılır, bu müddət başa çatdıqdan sonra isə çatdırılmamış mesajlar serverlərimizdən silinir. Çatdırılmış hər hansı mesajların məzmunu BlackBerry tərəfindən saxlanılmır və istifadəçilərin özləri tərəfindən silinənə qədər birbaşa olaraq göndərən tərəfin və alan tərəfin cihazlarında qalır. Yuxarıda qeyd edilənlərdən asılı olmayaraq, BlackBerry mesajlar və Cihazlarla əlaqədar tranzaksiya xarakterli məlumatları (məsələn, müvəffəqiyyətlə göndərilmiş mesajlar və həmin mesajlara aidiyyəti olan Cihazlarla əlaqədar tarix və vaxt məlumatlarını), habelə BlackBerry şirkətinin hüquqi qaydada toplamağa məcbur olduğu hər hansı digər informasiyanı saxlaya bilər. BBM Solution vasitəsilə göndərilmiş mesajlar göndərildikdən sonra qısa müddət ərzində serverlərimizdə qalacaq, lakin ümumi saxlama qaydalarımıza uyğun olaraq qısa müddət ərzində silinir və hər hansı ayırdedici məlumatlardan təmizlənir.

(i) Beynəlxalq transferlər. Siz BlackBerry Şirkətlər Qrupunun istifadəçilərin yerləşdiyi yurusdiksiya daxilində və ya xaricində, o cümlədən Kanadada, ABŞ-da, Böyük Britaniyada və ya Avropa İqtisadi Zonasının digər ölkələrində, Sinqapurda və ya Asiya-Sakit Okean regionun digər ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində və Yaxın Şərq regionunun digər ölkələrində, yaxud BlackBerry Şirkətlər Qrupu tərəfindən və ya onun adından idarə edilən qurğuların olduğu digər ölkələrdə BlackBerry Şirkətlər Qrupu tərəfindən və ya onun adından (o cümlədən və məhdudiyyət qoyulmadan aşağıda sadalanan şirkətlər: BlackBerry Limited, BlackBerry Corporation, BlackBerry France S.A.S., BlackBerry Belgium BVBA, BlackBerry UK Limited, Research In Motion HK Limited, BlackBerry Singapore Pte. Limited, RIM Mobile Sci&Tech (Çin) Co., Ltd., və ya Research In Motion Netherlands B.V. BlackBerry Şirkətlər Qrupunun əlaqə məlumatlarını www.blackberry.com internet səhifəsində əldə etmək olar) idarə edilən serverlərdə BBM Solution vasitəsilə mübadilə edilən və bəzi hallarda şəxsi məlumatları ehtiva edən informasiyanı və ya yazışmaların məzmununu Təhlil edə biləcəyini qəbul edir və buna razılığınızı verirsiniz. Əgər İstifadəçilər Avropa İqtisadi Zonasının və ya şəxsi məlumatların xaricə transferinə razılıq tələb edən hər hansı yurisdiksiyanın sakinləridirsə, Siz belə Təhlilə razılığınızı verirsiniz və bunun üçün müvafiq qanunvericiliyə uyğun olaraq Öz İstifadəçilərinizdən razılıq aldığınıza təminat verirsiniz.

(j) Macarıstan sakinləri. Əgər siz Macarıstan sakinisinizsə, Macarıstan qanunvericiliyinə uyğun olaraq Şəxsi Məlumatların Təhlili ilə əlaqədar sizin əlavə imtiyazlarınız ola bilər.

20. İstifadəçi haqqında məlumatlar. 19-cu Bölmədə icazə verilmiş hər hansı bəyan edilən məlumatlara əlavə olaraq, Siz və Sizin İstifadəçiləriniz BlackBerry Şirkətlər Qrupunun Sizə xəbərdarlıq etmədən, BlackBerry Şirkətlər Qrupunun və onun xidmət provayderlərinin, digər tərəfdaşlarının və tabeli təşkilatlarının yerləşdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq, Sizin və ya Sizin İstifadəçilərinizin haqqındakı məlumatlara, o cümlədən şəxsi məlumatlara, Sizin yazışmalarınızın məzmununa və ya Sizin BBM funksiyalarından və xidmətlərindən və ya BBM Solution ilə əlaqədar proqram təminatı və aparat təminatından istifadənizə dair informasiyaya ("İstifadəçi haqqında məlumatlar") (i) hüquqi prosesə və ya məcburi hökümət müraciətinə yaxud qanunvericilik tələblərinə riayət etmək; (ii) bu Sazişin pozulması ilə bağlı təhqiqat aparılması üçün üçüncü tərəflərlə əməkdaşlıq etmək; (iii) bu Sazişin yerinə yetirilməsi üçün İnternet xidmətləri provayderlərinin, şəbəkə və ya hesablama qurğularının sistem administratorları ilə əməkdaşlıq etmək məqsədi ilə daxil ola biləcəyini, onları saxlaya biləcəyini və ya üçüncü tərəflərə, o cümlədən xarici və ya daxili hökümət orqanlarına bəyan edə biləcəyini qəbul edir və buna razılığınızı verirsiniz. Siz İstifadəçi haqqında məlumatların BlackBerry Şirkətlər Qrupuna bəyan edilməsi və BlackBerry Şirkətlər Qrupunun yuxarıda təsvir edilmiş bu cür İstifadəçi haqqında məlumatları toplması, istifadə etməsi, təhlil etməsi, ötürməsi və ya digər tərəflərə bəyan etməsi üçün Sizin İstifadəçilərinizin müvafiq qanunvericiliklə tələb olunan bütün razılığını aldığınıza dair təminat verirsiniz.

21. Səlahiyyət və öhdəliklərin ötürülməsi. BlackBerry Sizə xəbərdarlıq etmədən cari Müqavilə üzrə səlahiyyət və öhdəliklərini ötürə bilər. Siz BlackBerry-nin əvvəlcədən yazılı razılığı olmadan (bu razılıq öz mülahizəsi əsasında BlackBerry tərəfindən geri götürülə və ya şərtlərə uyğunlaşdırıla bilər) bu Müqavilə üzrə səlahiyyət və öhdəliklərinizi bütövlükdə və ya qismən üçüncü şəxslərə həvalə edə bilməzsiniz, BlackBerry-nin əvvəlcədən yazılı razılığına əsaslanmayan hər hansı səlahiyyət və ya öhdəlik ötürülməsi qanuni qüvvəyə malik deyildir və etibarsız hesab olunmalıdır. BlackBerry bu Müqavilə çərçivəsindəki bütün öhdəliklərini birbaşa yerinə yetirə, yaxud bu öhdəliklərin bir hissəsinin və ya bütövlükdə icrasını öz podratçılarında və ya subpodratçılarına həvalə edə bilər.

22. Bildirişlər. Cari Müqavilədə əksi nəzərdə tutulmadığı halda, Müqavilə çərçivəsindəki bütün bildirişlər və ya digər yazışmalar yazılı qaydada tərtib olunduqda, tərəfinizdən BlackBerry-yə təqdim olunmuş ünvan vasitəsilə Sizə göndərildikdə və "BlackBerry UK Limited at 200 Bath Road, Slough, Berkshire, United Kingdom SL1 3XE, Baş direktorun diqqətinə" ünvanlandıqda, şəxsən, kuryer vasitəsilə, yaxud poçta təhvil verilməklə, haqqı əvvəlcədən ödənilmiş poçt xidməti, bildirişli sifarişli məktubu vasitəsi ilə çatdırıldıqda lazımi qaydada çatdırılmış hesab edilir. Yuxarıda qeyd edilənlərdən əlavə, BlackBerry öz mülahizəsi əsasında bu Müqavilə çərçivəsindəki bildirişi Sizə elektron poçt vasitəsi ilə də göndərə bilər. Sizə ünvanlanan elektron bildiriş tərəfinizdən BlackBerry-yə təqdim edilmiş e-mail ünvanına ötürüldükdə, lazımı qaydada çatdırılmış hesab olunacaq. Əgər BlackBerry-yə belə bir ünvan verməmisinizsə, http://www.blackberry.com/legal/ ünvanında gözə çarpacaq şəkildə yerləşdirildiyi halda, bildiriş lazımi qaydada çatıdırılmış hesab oluna bilər.

23. Fors major. Cari Müqavilənin hər hansı digər müddəasından asılı olmayaraq, heç bir Tərəf nəzarəti xaricində meydana gələn səbəblərdən, o cümlədən 17-ci bölmənin (a)(ii) bəndində sadalanan hallardan dolayı müqavilə öhdəiliklərini pozmuş hesab edilməməlidir. Bu müddəa hər hansı Tərəfin qarşı Tərəfə cari Müqavilə çərçivəsindəki ödəniş öhdəliyini yerinə yetirməməsi üçün üzrlü səbəb kimi təfsir edilməməlidir.

24. Ümumi.

(a) Benefisiar Üçüncü Tərəflər. Bu Müqavilənin "Fövqəladə hallarda yardımın göstərilməsi xidmətləri" (Bölmə 8), "BBM məhsullarınıza görə cavabdehlik" (Bölmə 16), "Məsuliyyətin məhdudlaşdırılması" (Bölmə 18) və "Zəmanət; Öhdəlikdən imtina" (Bölmə 17) başlıqlı bölmələrinin məqsədlərinə uyğun olaraq, BlackBerry, BlackBerry-nin törəmə müəssisələri, törəmə müəssisələrin direktorları, vəzifəli şəxsləri və əməkdaşları bu Bölməyə və İngiltərənin 1999-cu il tarixli Müqavilələr (Üçüncü tərəflərin Hüquqları) haqqında Qanununun müddəalarına əsasən cari Müqavilənin Tərəfi kimi əvvəlcədən müəyyən edilmiş benefisiar üçüncü tərəflərdir. Xidmətlər üçün məzmun təminatçıları "BBM məhsullarından istifadə qaydaları" (Bölmə 2) və "Əqli Mülkiyyət" (Bölmə 9) bölmələrində müəyyən edilən məzmunlarının istifadəsinə qoyulan məhdudiyyətlərin və müdafiə vasitələrinin bu Bölməyə və İngiltərənin 1999-cu il tarixli Müqavilələr (Üçüncü tərəflərin Hüquqları) haqqında Qanununun müddəalarına əsasən cari Müqavilənin Tərəfi kimi benefisiar üçüncü tərəfləridirlər. Cari Müqavilədə və ya Üçüncü Tərəflərin Hüquqları haqqında Qanunda əksi xüsusi olaraq qeyd edilmədiyi təqdirdə, bu Müqavilənin Tərəfi olmayan hər hansı şəxs bu Müqavilə yaxud Üçüncü Tərəflərin Hüquqları haqqında Qanun çərçivəsində hər hansı hüquqa malik deyildir. Apple iTunes mağazasından proqram təminatı əldə etmisinizsə, təsdiq edir və razılaşırsınız ki, Apple Inc. və onun tabe müəssisələri bu Müqavilənin benefisiar üçüncü təərfləridir və bu Müqaviləni qəbul etdiyiniz halda Apple və onun tabe müəssisələri iOS platformasında BBM məhsulları istifadə etdiyinizə görə benefisiar üçüncü tərəf kimi car Müqaviləni Sizə qarşı icra etmək hüququna malik olacaq (və bu hüququ qəbul etmiş hesab olunacaq). Siz həmçinin təsdiq edir və razılaşırsınız ki, Apple Inc. və onun tabe müəssisələri BBM məhsulları üçün, eləcə də Sizin və ya üçüncü tərəfin BBM Məhsulları ilə əlaqədar iddialarınızın baxılması, yaxud BBM məhsulları ilə əlaqədar hər hansı texniki xidmət və ya dəstəyin təmin edilməsinə görə məsuliyyət daşımırlar.
(b) Öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar iddianın qaldırılmasından imtina. İmtinanın yönəldildiyi Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla, yazılı qaydada tərtib olunmadığı halda, heç bir Tərəf öhdəliyin yerinə yetirilməməsi, yubadılma və ya hər hansı digər hüquqi, yaxud ədalət hüququ prinsipi əsasında hər hansı hüququndan imtina etmiş və ya məhrum edilmiş hesab edilə bilməz. Bu Müqavilənin hər hansı müddəasından bir dəfə imtina edilməsi və ya hər hansı müddəasının bir dəfə pozulması başqa hallarda da həmin müddəadan imtina kimi təfsir edilə bilməz.
(c) Qüvvədəqalma. Bu Müqaviləyə daxil olan şərtlər və zəmanətlər öz mənaları çərçivəsində və kontekst baxımından bu Müqavilənin icrasından sonra qüvvədə qalmaq üçün nəzərdə tutulmuşlar və beləliklə, zərərin ödənilməsi bölməsi daxil olmaqla, bu müqavilənin icrasından, ləğv edilməsindən, müddətinin bitməsindən sonra qüvvədə qalmalıdırlar.
(d) Tətbiq edilən qanun və Mübahisələrin həlli. KOLLİZİYA HÜQUQUNU TƏNZİMLƏYƏN HƏR HANSI NORMATİV-HÜQUQİ BAZA İSTİSNA OLMAQLA, BU MÜQAVILƏ İNGILTƏRƏ VƏ UELS QANUNLARINA ƏSASƏN TƏNZIMLƏNMƏLI VƏ TƏFSIR EDILMƏLIFIR. Tərəflər razılaşırlar ki, Birləşmiş Millətlər Təşkilatının Malların beynəlxalq alqı – satqısı üzrə müqavilələrə dair konvensiyası cari Müqaviləyə tətbiq edilmir.
Siz qəti surətdə ərazi məhkəmə aidiyyəti, işin baxılma yerinin qeyri-münasibliyi, yaxud oxşar əsaslara söykənən hər hansı etirazdan imtina edirsiniz və prosessual sənədlərin poçt vasitəsi ilə, yaxud müvafiq qanunun icazə verdiyi hər hansı başqa qaydada təqdim edilməsi prosesinə razılıq verir, hüquqları İngiltərə və Uelsdə yerləşən məhkəmə yurisdiksiyasına ötürürsünüz; Siz və BlackBerry by məhkəmələrdə şəxsi məhkəmə aidiyyətinə razılıq verirsiniz. Əgər Sizin məhkəmə yurisdiksiyası yuxarıda adıçəkilən məhkəmələrin yurisdiksiyası və işin baxılma yeri ilə razılaşmağa icazə vermirsə, bu halda bu Müqavilədən və ya bu Müqavilə ilə əlaqədar meydana gələn hər hansı mübahisəyə münasibətdə Sizin yurisdiksiya və işə baxılma yerləri əsas götürüləcək. Tərəflər razılaşırlar ki, mübahisələr andılılar məhkəməsi tərəfindən həll edilməməlidir və bununla bu Müqavilədən və ya bu Müqavilə ilə əlaqədar meydana gələn hər hansı məsələnin andlılar məhkəməsinə yönəldilməsi hüquqlarından imtina edirlər. Tərəflər arasındakı, yaxud yalnız Sizinlə əlaqədar olan hər hansı mübahisə BlackBerry-nin əvvəlcədən yazılı razılığı olmadan birləşdirilə bilməz.
Yuxarıda qeyd edilənlər hər hansı Tərəfin səlahiyyətli məhkəmə instansiyasında məhkəmə qadağası formasında məhkəmə müdafiəsi vasitəsi və ya ədalət hüququ üzrə hər hansı digər məhkəmə müdafiəsi vasitəsi axtarmasına maneə yarada bilməz. BlackBerry xüsusən aşağıdakılarla əlaqədar mübahisə və iddialara görə, hər hansı ümumi yurisdiksiya məhkəməsində hüquqi və ya ədalət hüququna əsaslanan məhkəmə işi, o cümlədən məhkəmə qadağası formasında məhkəmə müdafiə vasitəsinin əldə edilməsinə yönəlmiş məhkəmə işi qaldıra bilər: (i) BBM Məhsulu və ya müvafiq olduqda, onun hər hansı hissəsinin əldə edilməsi ilə əlaqədar BlackBerry-yə borclu olduğunuz məbləğ; (ii) bu Müqavilənin "BBM Məhsullarından istifadə qaydaları" (Bölmə 2), "Proqram təminatından istifadə" (Bölmə 3), "Əqli Mülkiyyət" (Bölmə 9), "İxrac, İdxal, İstifadə məhdudiyyətləri və ABŞ dövlət lisenziyaları" (Bölmə 10), "Təhlükəsizlik, hesablar və parollar" (Bölmə 11), "Məxfilik və təkrar layihələndirmənin yol verilməzliyi" (Bölmə 12) və "Ləğvin nəticələri" (Bölmə 15) başlıqlı bölmələrin şərtlərinin Sizin tərəfinizdən pozulmasına və ya potensial pozulma təhlükəsinə görə
(e) Müqavilə müddəalarının müstəqilliyi. Bu Müqavilənin hər hansı bölməsi, bəndi, müddəası və ya cümləsi, yaxud bir hissəsi ("Hissə") hər hansı yurisdiksiya çərçivəsində səlahiyyətli orqan tərəfindən qeyri-qanuni, etibarsız və ya iddia qüvvəsinə malik olmayan hesab edildikdə, bu Hissə haqqındakı həmin qənaət aşağıdakılara mənfi təsir etməməlidir: (i) bu Müqavilənin qalan hissəsinin qanuniliyi, etibarlılığı və iddia qüvvəsi; və ya (ii) hər hansı başqa yurisdiksiya daxilində həmin Hissənin qanuniliyi, etibarlılığı və iddia qüvvəsi və mümkün olduqda bu Hissə məhdudlaşdırılmalı və yalnız bundan sonra zəruri olarsa, Müqavilənin etibarlı və iddia qüvvəsinə malik olması üçün tələb olunan dərəcədə sərtləşdirilməlidir.
(f) Dil. Cari Müqavilə ingilis dili xaricində başqa dilə tərcümə edilərsə, ingilis dilində olan variantla tərcümə arasında hər hansı təzad və ya məna uyuşmazlığı meydana gələcəyi halda, ingilis dilində olan varianta üstünlük verilməlidir. Bu Müqavilə ilə əlaqədar hər hansı və bütün fikir ayrılıqları, mübahisələr, vasitəçiliklər, arbitraj və ya məhkəmə prosesləri yalnız Sizin yurisdiksiyaya əsasən qadağan olunmadığı təqdirdə və dərəcədə ingilis dilində aparılmalıdır, bura hər hansı yazışma, məlumatların, sənədlərin ərizələrin təqdim edilməsi, məhkəmə çıxışları, yazılı ifadələr, arqumentlər, şifahi arqumentlər, əmr və hökmlər daxildir.
(g) Müqavilənin bütövlüyü. Bu Müqavilə (bu Müqavilə hər hansı əlavəsinin məqsədləri çərçivəsində və əlavənin predmetindən asılı olaraq əlavənin şərtlərini ehtiva etməlidir) Tərəflər arasında cari predmetlə əlaqədar vahid bütöv müqavilədir və Tərəflər arasında cari Müqavilədə müəyyən edilənlər xaricində öhdəlik, zəmanət, məlumat mübadiləsi, anlayış, müddəa Proqram təminatı ilə əlaqədar ilkin müqavilə, müqavilə mövcud deyildir. Yuxarıda qeyd edilənlərdən asılı olmayaraq, Tərəflər arasındakı digər müqavilələr Sizin BBM məhsullarınızın digər hissələrinin istifadəsini tənzimləyə bilər. Bu Müqavilə yazılı və ya şifahi olmasından asılı olmayaraq, Tərəflər arasındakı cari Müqavilə predmeti ilə əlaqədar əvvəlcədən və ya eyni anda razılaşdırılmış müddəa, anlayış, məlumat mübadiləsi, bəyanat, zəmanət, öhdəlik, ilkin müqavilə və müqavilələrdən üstün tutulur və Siz bu Müqaviləni bağlamaq üçün razılıq verərkən yuxarıda qeyd edilənlərə güvənmədiyinizi təsdiq edirsiniz. Bu Müqaviləyə istənilən vaxt Tərəflərin qarşılıqlı razılığı əsasında düzəliş edilə bilər. BlackBerry-nin müvafiq qanunla istisna edilmədiyi hallarda, BlackBerry Sizə əvvəlcədən dəyişiklik haqqında (yuxarıda bildiriş müddəasında müəyyən edildiyi kimi) ya elektron qaydada bildiriş göndərməklə ya da dəyişikliyi http://www.blackberry.com/legal ünvanında dərc etdirməklə öz mülahizəsi əsasında bu Müqaviləyə düzəlişlər, o cümlədən qanunlarda, biznes təcrübəsində əksini tapan və ya qanunla tələb olunan dəyişiklikləri təcəssüm etdirən düzəlişlər (cari Müqavilənin iddia qüvvəsinə malik olmasının təmin edilməsinə yönəlmiş dəyişikliklər daxil olmaqla) etmək hüququnu özündə saxlayır. Dəyişiklik haqqında bildiriş verildikdən sonra altmış (60) gündən artıq BBM Məhsulundan istifadə etməyə davam edirsinizsə, bu halda bu dəyişiklikləri qəbul etmiş hesab olunursunuz. Dəyişiklik(lər) ilə bağlı narahatlıqlarınız varsa, zəhmət olmasa, dəyişiklik haqqında fikrinizin öyrənilməsi üçün verilmiş bildirişi aldıqdan sonra altmış (60) gün ərzində aşağıdakı ünvanla əlaqə saxlayın:legalinfo@blackberry.com
(h) Qanuna riayət. Siz bu Müqavilənin, yaxud hər hansı əlaqədar lisenziya müqaviləsinin icrası üçün yurisdiksiyanız çərçivəsində dövlət orqanları tərəfindən və ya müvafiq qanun əsasında tələb olunan bütün lisenziyaları, qeydiyyatları və icazə sənədlərini öz hesabınıza əldə etməli və mühafizə etməlisiniz. Siz fərqli yozumlardan yayınmaq məqsədi ilə xüsusən BBM məhsullarınızı quraşdıran və istifadə edən, o cümlədən hər hansı zəruri lisenziyanı əldə edən, kommersiya kodlaşdırmasına, yaxud müvafiq qanunla tələb olunan digər təhlükəsizlik funksiyalarına malik hər hansı proqram təminatının idxalı və istifadəsi üçün səlahiyyətli dövlət orqanlarından qeydiyyat və icazənin alınması zamanı qanun və qaydalara riayət etməlisiniz. Siz BlackBerry-ni dövri qaydada bu öhdəliyə riayət edib-etmədiyinizi yoxlamaq üçün tələb edə biləcəyi zəmanət və rəsmi sənədlərlə təmin etməlisiniz. Yuxarıda qeyd edilənlərin məhudlaşdırılmaması şərti ilə, müəyyən Xidmətlər və Üçüncü Tərəflərin Xidmətlərinə çıxışın bütün dünyada mümkün olduğu nəzərə alınarsa, əgər Xidmətlərdən və ya Üçüncü Tərəflərin Xidmətlərindən BlackBerry və ya müvafiq üçüncü tərəfin istifadəyə yararlı olduğunu göstərdiyi ölkələr xaricindəki bir yerdə istifadə etmək qərarına gəlsəniz, bunu öz təşəbbüsünüzlə həyata keçirirsiniz və bütün müvafiq qanunlara, o cümlədən sözügedən Xidmətin və ya Üçüncü Tərəf Xidmətinin və əlaqədar məzmunun, üçüncü tərəfə məxsus komponentlərin və ya proqram təminatının ixracı, idxalı, istifadəsi, ötürülməsi və/və ya məlumatın təmin edilməsi ilə əlaqədar qayda və qanunlara riayətə görə Siz məsuliyyət daşıyırsınız. Bundan əlavə, BlackBerry Xidmət(lər) ilə əlaqədar və ya Xidmət(lər) vasitəsi ilə təmin edilmiş BBM Məhsulu və Üçüncü Tərəf komponentlərinin hər yerə uyğun və yararlı olacağında dair zəmanət vermir. Siz olduğunuz ərazidə qeyri-qanuni olduğu halda, Proqram təminatı və ya Üçüncü Tərəfə aid komponentləri endirməməyə və ya onlara hər hansı başqa üsulla çıxış əldə etməməyə razılıq verirsiniz. Yuxarıda qeyd edilənlərin məhdudlaşdırılmaması şərti ilə, müvafiq qanunvericilik BBM məhsulunun video və ya səs vasitəsi ilə çat kimi video və/və ya video zəng xüsusiyyətlərindən istifadəni qadağan edirsə, o cümlədən yurisdiksiyanız daxilində bərabər hüquqlu əlaqə, video və ya internet əsaslı funksiyalara icazə verilmirsə və Siz müəyyən edilmiş yaş həddinə çatmamısınızsa, yaxud fövqəladə hallarda yardımın göstərilməsi ilə əlaqədar qanunlardan dolayı BBM məhsulunun xüsusiyyətlərini və ya məhsullarını endirməyə və ya istifadə etməyə bilərsiniz və/və ya fövqəladə hallarda yaxdım xidmətlərindən istifadə etmək üçün alternativ variantlardan istifadə etdiyiniz halda məsuliyyət sizə aiddir.

(i) Genişləndirilmiş mənalar. "daxil olmaqla", "kimi" ifadələri konkret haldan asılı olaraq, "sadalananlarla məhdudlaşmamaq şərti ilə aşağıdakılar daxil olmaqla", "sadalananlarla məhdudlaşmamaq şərti ilə aşağıdakı kimi" mənasında təfsir edilməlidir.

BU MÜQAVİLƏNİN ŞƏRTLƏRİ İLƏ BAĞLI HƏR HANSI SUALINIZ VƏ YA NARAHATLIĞINIZ VARSA, ZƏHMƏT OLMASA, AŞAĞIDAKI ÜNVAN VASİTƏSİLƏ BLACKBERRY İLƏ ƏLAQƏ SAXLAYIN: legalinfo@blackberry.com.